Çəkməyə
AŞIQ ALIBir gözəllə əhdi peyman edəndə,Gərək yarın sən gidağa çəkməyə.Mərd özündən görər, namərd özgədən,Dar məqamda dost qabağa çəkməyə.
AŞIQ HÜMBƏTGözəl qüdrətindən yarana gözəl,Sürmə alıb gözə, qaşa çəkməyə.Saxta boya təqrir tapar rəngindən,Sərraf gərək ləli daşa çəkməyə.
AŞIQ ALIDostdan giley dönər dastan, nağıla,Gələr bir gün gəlməyən iş ağıla.Ünsiyyət olmasa xanə dağıla.Zənən sola, əri sağa çəkməyə.
AŞIQ HÜMBƏTVerməyin yaxşını yada hayıfdı,Yamanı vermə ki, o da ayıfdı.Ağıldan kəm, bədnam səda yayıfdı,Ağlı olan naqis başa çəkməyə.
AŞIQ ALIAlı, rast olanda yaman yamana,El gələr əlindən aha, amana.Qəhr eyləyər cümləsinə zamana,Münsif gərək sər qırağa çəkməyə.
AŞIQ HÜMBƏTHümbət, yalan əməllərin nəsidi,Əsl zənən odsuz xanə isidi.Ünsiyyətsiz yaranmışın pisidi,El görməyə, nə də haşa çəkməyə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-cekmeye-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Gəraylı: Ey saqi, dolana-dolanaEy saqi, dolana-dolana,Dolduruver müştaq olana,
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?