Ay ağalar, gəlin sizə söyləyim,Atəşin ürəkdə yanar, deyirəm,Qəvi düşmən pis fikirdən çəkinməz,Od vurub sinəmə yanar deyirəm.

Ürəyim dərdlidi, qəlbim fikirdə,Tab edə bilmirəm bir belə dərdə,Sayıl tək səhrada qaldım şərməndəƏl vurma şüşəyəm sınar deyirəm.

Alıyam, unutmam vəfalı dostu,Vurubsan sinəmə kamanı qəsdi,Dedim əl çəkəsən, demədin bəsdi,Qalmışam zülmətdə, kənar deyirəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов