Dərdimi
Nə həkim, nə loğman, nə cərrah qaldı,Yazdırmışam hər dəvaya dərdimi.Mənim dərdim hər bir dərddən uludur,Nə nər çəkər, nə də maya dərdimi.
İgid odu mayasını pak tuta,El içində öz-özünü xak tuta.Tüccar gərək bu dərdimi yük tuta,Mirzə gərək yaza, saya dərdimi.
Aşıq Alı deyər, ay günü qara,Bulunmaz dərdimə gəl eylə çara.Yusif getdi satılmağa bazara,Gedin deyin Züleyxaya dərdimi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-derdimi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mürəbbe: Qanlı fələk, səndən şikayətim var
Qanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
VəndSəfheyi-mülk cahanda xalə bənzərdir Vənd,Basəfalıqda behişt ilə bərabərdir Vənd
Mənim natəvan qızımMəzar-heykəldə yazı*Ata-ana
KönülDərdli könül, söylə nə ahü-zardır,Coşğun dəniz kimi üsyan eylərsən.