Ay ağalar, gəlin sizə söyləyim,Nə cür olsa yenə vətən yaxşıdı.Qohum, qardaş, dost-müsahib görəndə,Şəfa tapar yaralarım, yaxşıdı.

Bivəfaynan sən dost olma, kənar gəz,Şam-çıraq olmasa, əldə fənər gəz.Başa düşər öz hesabın qanar, gəz,-Min qarğadan bircə qırğı yaxşıdı.

Bıçarə Alıyı gətirdin dilə,Bülbül də müştaqdı budaqda gülə,Sar quşları şikar etsə yüz ilə,Qoca olsa yenə tərlan yaxşıdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов