Xaki-zəbun ünvanındaCəm turabı yeddidi.Səri-kuydə çeşmə birdi,Xalis abı yeddidi.On ikidi abdal sayı,Əllikidi əzası.Hər əzanın qüdrətindənŞabı-tabı yeddidi.

İxtisar eyləmə ayətİki cismin kəc deyə.Yetiç elin harayına,Yubanma fəraq deyə.Fərbah deyə kar eyləsən,Düşsən haqqa səcdəyə.Əzalardan xaka dəyənCan hesabı yeddidi.

Sər hesaba, qəlb hökmüyləCisim aləm bəhrəsin,Əlvan eylər vücudları,Açar rəmzin çöhrəsin.Kimsə görməz əzalarınBir nöqtəsin, bir nəsin.Xani-cövlan edən candaBir girdabı yeddidi.

Nəzər eylə asimana,Sirri qalıbdı hesab.Aşıq Alı, çəkmə qüdrət,Hər əzaba eylə tab.Seyrə çıxıb bir bağçanıGördüm üç tayın sirab.Səmasında cövlan edənGərdiş qabı yeddidi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов