Bəzənir
Maşallah, ay Qabaqtəpə,Hər eldən mərdan bəzənir.Üç ay bahar, yaz olanda,Deyirsən sultan bəzənir.
Cahallarm hamsı qoçu,Tərpənəni gözəl seçi.Yaylağa yerişdi köçü,Hər yan al-əlvan bəzənir.
Bəsti gəldi bu yaylağa,Səda saldı hər oylağa.Ənam verirlər qonağa,Şal geyir, mehman bəzənir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-besti-bezenir
Клавиши ← → для перехода, R — случайное стихотворение