Yaylaq yolları yoxuşlu,Əlləri dərmə naxışlı,Hamısı maral baxışlı,Bu ayrımın gözəlləri.

Əllərində kirkid, həvə,Xanalarda xallı kəbə,Lampatək şox salır evəBu ayrımın gözəlləri.

Bəsti deyər, alma yaşmaq,Eyibdir kişidən qaşmaq,Lazımdır çarçovu açmaq,Ay ayrımın gözəlləri!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов