Varmı ürəyinə zalım dövranda,Fələyin əlindən zədə dəyməmiş.Namərdin ucundan, nadan dilindən,Çatıb qulağma hədə dəyməmiş.

Demirəm mələyəm, nə də ki, göyçək,Sözümdə yalan yox, gerçəyəm, gerçək.Ötməyib böyrümdən bir erkək milçək,Astanama sultan, gədə dəyməmiş.

Bəstiyəm, odlara qalandı canım,Bu tənəyə necə dözüm, dayanım.Gəlmədi ağ günüm, təzə dövranım,Düşmən yummaz ağzm pedəl dəyməmiş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе