Ərlə arvadın deyişməsi
ArvadKişi, mənə yaxşı paltar al gətir,Boşanaram günü qara düşərsən.
ƏrMəndən yaxşı eldə səni kim saxlar,Burdan gedər qeyri hala düşərsən.
ArvadMəndən yaxşı kimdi qızda, gəlində,Löy kəndində, gəzsən ayrım elində?Yaxanı qoyaram yetim əlində,Ah-vay çəkib, ahı-zara düşərsən.
ƏrArvad, səndən gözəl birin alaram,Bir qul olub qulluğunda qalaram.Yəqin bil ki, səni gözdən salaram,Filan kimi qapılara düşərsən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-besti-erle-arvadin-deyismesi