Aşıq Nəsib:Pul, var-dövlət olan kasıba gəlməz,Əliqabarlıdan uzaq dolanar.Bəxt tapar axmağı, ya da sarsağı,Mərdin də başına sazaq dolanar.

Aşıq Heydər:Gətirməz dünyada kəsıbın işi,Nə olsun hər yanda uzaq dolanar.Qurumaz hər zaman gözünün yaşı,Yediyi qarınla pazax, dolanar.

Aşıq Nəsib:Göyçək gərək verə pislə baş-başaYanıb tökülənlər edə tamaşa.Kişinin hər işi ilişir daşa,Xoş gün ona olar yasaq, dolanar!

Aşıq Heydər:Fələyin qanunu yazılıb belə,Çirkin-pis tuş olar türfə gözələ.Fağırın könlünü kim alar ələ,Demək-gülmək ona yasaq, dolanar.

Aşıq Nəsib:Qəribə işləri çox gördüm Nəsib,Fələk çoxlarının nəfəsin kəsib.Vaxt var boran olub, betər bad əsib,Kimi dərd içində naçaq dolanar.

Aşıq Heydər:Dünya görən bilir avandı-tərsiKənd-kənd dolanmışam Çıldırı-Qarsı.Pirim pünhan yerdə veribdi dərsi,Demə Aşıq Heydər qoçaq dolanar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов