Yarın bağçasında üç gül açılıb,Ağ gül, qırmızı gül, illah sarı gül.Hər üçü də bir-birindən öyməli,Ağ gül, qırmızı gül, illah sarı gül.

Ağca gülün qapısından baxmalı,Qızılgülü ağ buxağa taxmalı,Sarı gülü dəstə tutub qoxmalı,Ağ gül, qırmızı gül, illah sarı gül.

Ağ gülü oxşatdım ağ göyərçinə,Qızılgül bənzəyir göydə laçına,Hüseyn müştaqdır gülün üçünə,Ağ gül, qırmızı gül, illah sarı gül.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе