Əhli-İslam olan eşitsin, bilsin,Can sağ ikən yurd verməniz düşmana.İstərsə Uruset nə ki var gəlsin,Can sağ ikən yurt verməniz düşmana.

Qurşanın qılıncı giyinin donu,Qavğa buludları sardı dört yanı.Doğdu qoç iğidin şan almak günü,Can sağ ikən yurd verməniz düşmana.

Əsgər olan bölük-bölük bölünür.Sandınızmı Kars qalası alınır,Boz atlar üstündə qılıç çalınırCan sağ ikən yurd verməniz düşmana.

Ben esverdir bilin Urusun əsli,Orman yabanisi, balıqçı nəsli.Hınzır sürüsünə dalıb qurd misli,Can sağ ikən yurd verməniz düşmana.

Şenlik, nə durursuz atları minin,Sıyrı qılınc düşmən üstünə dönün.Artacakdır şanı bu Al-Osmanın,Can sağ ikən yurt verməniz düşmana.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yasını gözlər

Bu dünyada Tanrı kefi çəkən gul,Cəhənnəm narının yasını gözlər,

1 мин
Məhəmməd və Güldənə

Ərbahan çayının yanında Reyhan bağının ətəyində Camqara kəndi var idi. Həmin kənddə Xəlil ağa adlı bir nəfər yaşayırdı. Onun uşağı olmurdu. Bir kişi də uzaq yerdən gəlib həmin Xəlil ağaya nökər olmuşdu. Gün keçdi, ay keçdi həmin kişinin bir oğlu oldu, adını da Məhəmməd qoydular. Aradan iki il keçdi, Xəlil ağanın bir qızı oldu. Ailədə şadlıq elədilər. Aradan az keçməmiş Məhəmmədin atası öldü. Anası on yaşına kimi onu saxladı. Sonra o da vəfat etdi.

6 мин
Aşıq Şenliyin Mumuxan səfəri

Mumuxanda Gülnaz adlı bir dul arvad yaşayırdı. Gözünün ağı qarası Nəcəf adlı bir oğlu var idi. Nəcəf böyüyüb həddi-buluğa çatmışdı. Nəcəf bu kəndin ağası Tağının qızına aşıq olmuşdu. Di gəl ki, Tağı varlı olmasına baxmayaraq həm tamahkar həm dəki, insafsız bir kişi idi.Tağı eşidəndə ki, qızı Eminə Nəcəfə söz verib könül bağlayıb daş atdı başını tutdu. Tağının qapısına elçi məqsədilə kəndin ağsaqqalları çox gəldi-getdi, amma bu işdən bir şey çıxmadı. Gülnaz arvad baxdı ki, oğlu günbəgün geriliyir. Naləc qalan Gülnaz axırda Aşıq Şenliyə bir məktub yazdı və kağızı oğluna verib dedi: -

5 мин
Aşıq Şenliyin Güllübulaq səfəri

Bir gün Ağbabanın Güllübulaq kəndində varlı bəylərdən birinin toyu idi. Toya Aşıq Şenliyi də dəvat etmişdilər. Amma toyu Güllübulaq kəndinin dilli-dilavər cavanı Nəsib aparırdı.Nəsibin ustadı Göləli İbrahim öləndən sonra onun işləri yarımçıq qalmışdı, odur ki, o hələlik aşıq adına layıq göülməmişdi. Amma bu məclisə Xırtızdan, Sağamoydan, Qarzaxdan, Çıldırdan, Qarsdan və Gümrüdən bəylər, ağalar gəlmişdilər.Belə bir ağır məclisdə Nəsibin saz götürməsi Çaldan gələn Aşıq Mamoşa təsir etmişdi. Odur ki, Aşıq Mamoşu sakitləşdirmək üçün Pirəli adlı birisi Nəsibin haqq aşığı olduğunu söylədi.

4 мин

Стихи других поэтов