Baş İdarə dəftərxanasının direktoru Vasilkovskiyə
Zaqafqaziya ölkəsi baş idarəsi dəftərxanasının direktoru Vasilkovskiyə
Praporşik M.F.Axundzadənin məlumat vərəqəsi 31 iyul 1843-cü il
Mülki idarənin zati-ali rəisindən “Şərayeül-islam” kitabını ruscaya tərcümə etmək üçün alıb tanış olduqdan sonra zati-alinizə aşağıdakıları bildirmək məcburiyyətindəyəm:
Birincisi. Bu kitab ərəb dilində yazılmışdır. Onun üslubu yalnız sözlərinin mənasına görə çətin olmaqla qalmır, ruhani dildə yazılmış bu və bunun kimi kitabların üslubunun tamamilə xüsusi şəkli və xüsusi xassəsi vardır ki, yalnız ruhani idarənin birinci dərəcəli alimləri ondan baş çıxara bilərlər. Bu alimlər özlərini ruhani rütbəyə həsr etməklə əvvəlcədən o kitablar haqqında məlumat əldə edir və onları əvvəldən axıradək dərslərində oxuyub öyrənirlər.
İkincisi. Bu kitab dini qanunları əhatə edir. Misal üçün, gündəlik namazı qılmaq, təharət almaq, kəbin kəsmə mərasimində, ölünün dəfnində, Məkkəni və Məhəmmədin qəbrini ziyarət etdikdə icra olunan ayinlər, eləcə də çöl və dəniz heyvanlarından xörək hazırlanan vaxt riayət olunmalı təlimat və ruhanilər tərəfindən dünyəvi qanunlar adlanan, nikah əsnasında qoyulmuş şərtlər, mülk-mal bölgüsü qaydaları və s.
Adı çəkilən kitabın indiki şəklində rus dilinə tərcüməsi zamanı öhdəmə qoyulmuş vəzifənin icra olunmamış qalmasını əsla istəmədiyimə görə hüzurunuza ərz etməliyəm ki, əgər rəyasətə bu kitabın bütün duaları və dini mərasimi ilə birlikdə və ya onlar istisna olmaqla rus dilinə tərcüməsi lazımsa, onda gərək əvvəlcə onu ruhani idarədə işləyən alim bir şəxs asan anlaşılan üslubda fars dilinə tərcümə etsin, yalnız bundan sonra onu rus dilinə tərcümə edə bilərəm.
Üçüncüsü. Müsəlmanların şəriət qanunlarına aid kitabları çoxdur. Onların hamısı ərəb dilində ən mürəkkəb üslubda yazılmış, həm də ruhani mərasim mülki qanunlardan ayrılmayıbdır. Buna görə də əgər rəyasətə yalnız bu sonuncular haqqında məlumat lazımdırsa, onda Tiflis axunduna müraciət edib müsəlman ruhani idarəsinin ən alim üzvləri tərəfindən o kitablardan yalnız mülki qanunlar çıxarılıb, anlaşılan üslubda fars dilinə tərcümə edilməli, mükəmməl xüsusi bir kitab tərtib edilməlidir. Onda bu heç bir çətinliyə rast gəlmədən rus dilinə tərcümə olunub hər halda əldə rəhbər tutula bilər. Belə bir kitab tərtib olunandan sonra, əlbəttə, onun həqiqətən şəriətə aid məxəzlərdən əxz edilib-edilməməsi mötəbər şəxslər tərəfindən təsdiq edilməlidir. Belə olmasa, göstərilən səbəblərə görə, hazırda müsəlmanlar arasında mövcud şəriət kitablarının heç birisi rus dilinə tərcümə zamanı qarşıya çıxan çətinliklər üzündən gözlənilən faydanı tam şəkildə verməyəcəkdir. Nəhayət, deyilənlərə onu da əlavə etməliyəm ki, ümumiyyətlə, adı çəkilən bütün bu kitablar peyğəmbərin özü və ya onun ardıcılları tərəfindən yazılmamışdır. Onlar da müxtəlif vaxtlarda müsəlman başçıları və ya ruhanilərinin ehkamı kimi müxtəlif ruhanilər və şəxslər tərəfindən kitablardan və peyğəmbərin hədislərindən və Qurandan alınıb tərtib edilmişdir.
Praporşik M.F.Axundzadə
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-bas-idare-defterxanasinin-direktoru-vasilkovskiye
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Не предавая очей сну, сидел я в ночи и говорил сердцу: О родник жемчуга тайны!Что случилась, что соловей цветника твоего отстал от песен? Что случилось, что попугай красноречия твоего замолк?
Mirzə Fətəlinin şanlı vəliəhd əlahəzrətin tərifinə yazdığı qasidəEy Gürcüstan torpağı, fəxr et ki, şahlar şahının oğlu,Dəniz və quru üzərində sürətlə və asan səyahət etmişdir.
Zakirə məktubEy Qasım bəy, əcəb dövranə çatdıq,Mərdə indi olmaz başü can gərək!
MüxəmməsZivər nə səzadır sənə ey dilbəri-ziba!Binəqs yaratmış səni ol xalqi-yekta!