Ey Qasım bəy, əcəb dövranə çatdıq,Mərdə indi olmaz başü can gərək!Qoç igidlər döyüş günü meydanda,Düşməninə qanlar ağladan gərək!

Yapalaq osmanlı, bəri bax, kişi,İstəyir yerisin şahbaz yerişi!Sınar pərü balı, pozular işi,Qulluğumuz rusə nümayan gərək.

Osmanlıya yoldaş olubdur firəng,Bir də özün sanan dəryada nəhəng.“Edə billik, – derlər, – urus ilə cəng”Belə işə urus şadiman gərək!

Kiçik Napolyon da görəcək, bilun,O günü ki, gördü böyük Napolyon!İngilisə əgər biz verməsək un,Onun əhvalına ağlayan gərək!

Söz müxtəsər, dünən yetişdi xəbər;İmperator yəni edib müqərrər,Dunay çayın keçib bir bölük əsgər,Ötə-aşa kuhi-Balakan gərək!

Bunda şübhə edən gərək ola gic,Aşmadımı əqdəm o dağı Dibiç?Almadımı Ərzrumu Paskeviç?Fəthi-rusə artıq nə bürhan gərək?

İndi Qarabağın igidlərinə,Kimdir şücaətdə ola qərinə?Yetişəcək hər biri düşmən sərinə,De ki, baydaq yıxıb, top alan gərək.Köhlən at üstündə, qılınc belində,Meydana üz qoyub tüfəng əlində,Gah sağına xəsmin, gahi solunda,Çıxarda naleyi-əlaman gərək!

Doğmamış Qafqazda analar qorxarBizə döyüş gərək, nə biçin-başaq?Yenə Peterburqa sizlərdən baydaq,Bu il də istərik aparan gərək!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов