Hekayəti Molla İbrahim-Xəlil Kimyagər
thumbnail
Təmsili-qisseyi-vaqiə ki keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir
Əfradi-əhli-məcalis:
Molla İbrahimxəlil — kimyagər, kəldəkli.
Molla Həmid — onun şəyirdi, samuxlu.
Dərviş Abbas — onun nökəri, iranlı.
Hacı Kərim — zərgər, nuxulu.
Ağa Zaman — həkim, nuxulu.
Molla Salman — mərhum Molla Cəlil alimin oğlu, nuxulu, mərtub, qəviheykəl.
Məşədi Cabbar — tacir, nuxulu.
Səfər bəy — mülkədar, nuxulu.
Şeyx Salah — xaçmazlı.
Hacı Nuru — şair, nuxulu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-hekayeti-molla-ibrahim-xelil-kimyager
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zilqə’də ayında, sənə 1280-də Misirdən*Ey bəradəri-mehribanım Kəmalüddövlə!
“Kəmalüddövlə məktubları”nın mülhəqatı“Kəmalüddövlə” müəllifinin dostlarından birinin bu müəllifin sirdaşlarından birisinə 1280-ci ildə yazmış olduğu məktubun surətidir.*
Birinci məktubMənim hörmətli qardaşım! Allah iqbalını daimi etsin! Cənabınızın xahişinə görə “Kəmalüddövlə məktubları” nüsxəsini müəllifindən alaraq sizə bir neçə şərtlə göndərirəm.Birinci – bu nüsxəni gərək mə’rifəti, əminliyi və insaniyyətinə qətiyyətlə inandığınız şəxslərə göstərəsiniz.
İkinci məktubHörmətli qardaşım! İqbalınız daimi olsun!Yırtıcı xasiyyətli və vəhşi təbiətli ərəblər* Misir kitabxanasından başqa iranlıların da bütün kitablarını və yazılarını yandırdılar, iranlıların xoşsifət padişahlarının asarını dünyadan silib yox etdilər, onların ədalətli qanunlarını tamamilə Yer üzündən itirdilər. Bunların əvəzində əsirlik qaydalarını, yə’ni despotizm üsulunu və yəhudi dininə oxşayan dinlərini İran ölkəsində sabit və bərqərar etmişlər. Bununla belə biz korlar, axirətdə xudavəndi-aləm bu qaniçənlərin şəfaəti ilə bizə behişt verib sərin su içirdəcəkdir kimi səfeh bir arzu ilə babalarımızın, elm və fənnin bu düşmənlərini özümüz üçün övliya hesab edirik. Əgər axirətdə sərin su varsa, qoy bu qaniçənlər özləri içsin ki, həmişə onun həsrətində olmuşlar. Xudavəndi-aləm onları bu dünyada öz rəhmətinə layiq bilməmişdir. Onların yurdunu cəhənnəm kimi etmişdir. Onların xörəyini kərtənkələ və əqrəblərdən etmişdir, bir içim sərin suyu onlara rəva görməmişdir. Çoxunu “əl’ətəş” deyə-deyə dünyadan aparmışdır. İndi necə ola bilər ki, axirətdə onların şəfaəti ilə bizə sərin su içirdəcəkdir? Bizim bu nadanlığımız üçün heyflər olsun! Ola bilər ki, həmvətənlərimdən bə’ziləri mənim bu cür kəskin yazmağımı caiz görməyib, e’tiraz məqamına gəlib, dünyada məzhəbsiz, e’tiqadsız, imansız yaşamaq çətin olduğunu söyləsinlər. Onların cavabında rəhmətlik Xacənin bu beytini oxumaq istərəm: