Mirzə Melkum xana
Cənab Ruhül-qüds!
“Kəmalüddövlə”nin mükəmməl nüsxəsini sizə göndərmək istəyirəm. Lakin onu sizin özünüzün məsləhət gördüyünüz şəxsdən başqa, sizə gətirmək üçün heç kəsə tapşıra bilmərəm. Bir də sizin ikinci məktubunuzdan mən və Şeyxülislam sizin İstanbuldakı hazırkı vəziyyətinizi başa düşdük ki, nədənsə, qəlbiniz bir qədər kədərlənmişdir. Əlbəttə, bu ürək sıxıntısının başqa bir səbəbi yoxdur. Səbəb ancaq odur ki, sizin müasirləriniz fikrinizi və sözlərinizi başa düşmürlər və lazım olan hümmət və qeyrətə malik deyildirlər.
Mən özüm də on ildən artıqdır ki, belə bir ürək sıxıntısına mübtəlayam. Yadınızdadırmı, mən İstanbula gəldikdə sizdən başqa bir nəfər də olsun məni tanıdımı ki, kiməm, nə üçün gəlmişəm və nə deyirəm? Hətta bəzi yerlərdə, xüsusilə İran səfarətxanasında mənim fikrimə güldülər də. Nəhayət, İran səfiri məni töhmətləndirdi də!
İstanbuldan mən kədər və təəssüflə qayıtdım. Bununla belə, yenə də öz fikrimdən əl çəkə bilmədim. Mən və siz belə bir təbiətdə yaranmışıq. Biz gərək ömrümüzün sonuna qədər bu yolla gedək. Mənə və sizə, təbiətimizin xüsusiyyətinə görə başqa bir yolla getmək üçün imkan yoxdur. Kaş, anadan doğulmayaydıq! Doğulsaq da, kaş başqaları kimi olaydıq ki, yeməkdən, içməkdən, geyinməkdən ləzzət alıb, nəticəsiz öz aqibəti olmayan arzu və məqsədlər ardınca gedəydik! Vallah, müasirlərimin vecsiz olması nəticəsində yaşayış mənə haram olmuşdur. Zəhərdən acı bir həyat keçirirəm. Mənim üçün sizin kitabçanızdan daha yaxşı və daha yüksək və həvəsləndirici bir şey ola bilməz.
Əlifba məsələsi, xahiş etdiyim kimi, “Konstantinopol” qəzetində çap edildikdən sonra sizə bəzi başqa şeylər də yazacağam ki, yeri gəldikcə, zikr edəsiniz.
Xülasə, hər cür müvəffəqiyyətsizliyə dözmək və qatlaşmaq lazımdır. Səbr etmək lazım gəlir ki, əcəl gəlib çatsın, bu dünyanı tərk edən və bədbəxt xalqımızın tamamilə ölüb ortadan getməsini heç olmazsa, öz gözümüzlə görməyək!
Mənim bu məktubumun hansı vasitə ilə sizə yetişdiyini İran səfarətxanasına bildirməyin! Mən doğrusu, səfirdən çox şübhələnirəm. Ola bilsin ki, səfarətxanadan Stepan əfəndini hədələyib tapşırmışlar ki, mənim məktublarımı sizə çatdırmasın.
Hər halda siz mənim keçmiş məktublarımı axtarın! Çünki ikinci məktubumda şəklimi də sizə göndərmişdim.
Qardaşınız kolonel Mirzə Fətəli Axundzadə
tərəfindən yazıldı.
1870-ci il dekabrın 27-də. Tiflis şəhəri
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-mirze-melkum-xana
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
ДЕЙСТВИЕ ПЕРВОЕ(Сцена происходит неподалеку кочевья, под большим деревом, в светлую ночь. Сафар-Бек, одетый и вооруженный, сидит на камне; Гейдар-Бек, также одетый и вооруженный, с печальным видом стоит перед ним).
İkinci məclisДЕЙСТВИЕ ВТОРОЕ(Сцена происходит в деревне Агджабаде, на базаре; в одной лавке лежат кучами красная бязь, простые ситцы, бурмет и тому подобныя вещи. Гаджи-Кара, держа в руках аршин, печально сидит перед этими товарами).
Üçüncü məclisДЕЙСТВИЕ ТРЕТИЕ(Сцена происходит ночью на берегу Аракса, на Персидской стороне; Беки и Гаджи-Кара пешком являются на самый берег; Аракс течет с большим шумом, погода туманная, иногда блестит молния).
Dördüncü məclisДЕЙСТВИЕ ЧЕТВЕРТОЕ[…]
Стихи других поэтов
Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
..Lazım gəlsə... ...lazımsan də!Deyirsən ki: - lazım gəlsə hazıramQəsb edilmiş bu torpağı almağa.
Bir bəxşi-xudadır bu məlahət sənə, dilbərBir bəxşi-xudadır bu məlahət sənə, dilbər,Göftarü-bəlağət, bu fəsahət sənə, dilbər,
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,