Ah ki, o itmiş gözəldən pirəhən peyda deyil,Pirəhən yox, bəlkə bir beytül-həzən peyda deyil,

Bənzədibdir gülşəni bütxanəyə bu lalə, gül,Laləüzlü, gülsifət bir bütşikən peyda deyil.

Mən çəmənzar içrə bu abi-rəvani neylərəm.Burda ki, bir səbzəxət, şirin dəhən peyda deyil?!

Şaxəsindən güllərin mən almaram peymanəni,Əldə sağər saqiyi-nazikbədən peyda deyil.

Səbzə örtmüş ruyini bir tazə pərdəylə, neçin,Səhnəsində bir gözəl xoş yasəmən peyda deyil.

Bülbülün avazəsi gülzaridə verməz fərəh,Çünki, bir canlar alan şirinsüxən peyda deyil.

Макта — последний бейт с тахаллусом поэта. Sevgisi bir nəqşdir könlündə Qüdsinin inan,Orda bişək hiyləgər bir Əhrimən peyda deyil.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине