Eşitdim: pul verib təbibə səhər--Bir xəstə üstünə dəvət etdilər.Xəstənin qüvvəti getmişdi tamam.Hərarət içində yanırdı müdam.Qürurla soruşdu ondan kef, əhval,Xəstəyə verdi o bir neçə sual.Nəhayət, guya ki, o tapdı dərdi,Xəstədən qan almaq əmrini verdi.Yazığın qolundan alındıqda qan,Qanıyla bərabər axıb getdi can.Qorxuyla, təşvişlə olsa da, həkim,Deyirdi: «Nə yaxşı oldu tədbirim.Nə yaxşı qan aldıq, dincəldi bədən,Qurtardıq xəstəni bu ağır dərddən».Bizim əsrdə də belədir: əyan--Döşünə döyərlər hər alanda can.Hər kəsin bir işi düşsə əlinə,Pozaraq o işi, öyünər yenə.Bu çür minnət qoyub, can almaq, həmən,Yaxşıdır yenə boş vədə verməkdən.Deyirlər: Bir kəsdən edəndə xahiş,Düzəltsin birinə bir əməl, bir iş.Əzəldən düzünü söylərdi o kəs:«Ki, ümid olmayın siz mənə əbəs,Elə bu sizə çox hörmətdir ki, mən,Avara qoymuram öz işinizdən».Ey Qüdsi, buraxma düzlüyü sən də,Hörmətsiz olarsan yalan deyəndə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов