Gördüm o gözəl türrəni rüxsar arasında
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Gördüm o gözəl türrəni rüxsar arasında,Bənzətdim onu əfiyə gülzar arasında.
Rüxsarə düşən türrələri çəkmə kənarə,Bu rəsmdi əfi dolanar nar arasında.
Seyd eylədi zülfün məni bu gözlərə, ey vay!Qaldım nə yaman bu iki bimar arasında.
Ey didə, məgər neyləmişəm mən sənə axır,Qoydun məni sən yar ilə əğyar arasında.
Göz yaşım ilə bəsləmişəm canıma minnət,Peykanlarını bu dili-xunbar arasında.
Gördüm səni əğyar ilə ey mah, məsəldirBayqu tutar, əlbəttə, vətən bar arasında.
Könlüm quşuna dam qurub çeşmi-xumarın,Qafilmi gəzər kimsəni əyyar arasında.
Gər guşeyi-çeşmində tutub can quşu məskən,Bayqu tutar, əlbəttə, vətən bar arasında.
Rüxsarın əra səfhə kimi vəsməli qaşın,Bir daldı düşüb cədvəli-zəngar arasında
Eşq əhlinə daim yetişir möhnəti-cövrün,Zahid, qalasan kaş səni dar arasında!
Dəysin başına səktəsiz ol həmdü səlatın,Kimsən gəzəsən aşiq ilə yar arasında.
Əfsanə dəxi söyləmə, it bir nəzərimdən,Var sən kimi yüz xər belə bazar arasında,
Макта — последний бейт с тахаллусом поэта. Qüdsi, nə yaman bağladı bu gözləri sahirYüz sən kimi sərgəştəni bir tar arasında.
Kitabxana.az · https://kitabxana.az/ru/works/bakixanov-gordum-o-gozel-turreni-ruxsar-arasinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Öyrəşib bu qürbətə, oldum vətəndən bixəbər,Qəmlərə düşmüş könüldən getdi ümmidi-səhər.
Əqlim olursa mane bu eşqi-purhicabəƏqlim olursa mane bu eşqi-purhicabə,Gəlməz fəqət bu eşqin sevdaləri hesabə.
Biliklər, önündə bir müşgülatdırBiliklər, önündə bir müşgülatdır,Səni dərk etməkdə ağıllar matdır.
Qəlbimin istəyi hər arzu, məramQəlbimin istəyi hər arzu, məram,Əqlin istəyində əks olmuş təmam.
Стихи других поэтов · О любви
Hər kim mənə zülm eyləsə, ey gül, zərər eylər,Bir gün sənə də naleyi-zarım əsər eylər.
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Əgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayəƏgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayə,Gözüm çıxsın əgər mən bir də baxsam cami-minayə.