Pisləyirsən gözəli sən necə hər an, ey şeyx?Bu necə əql, nə insaf, nə iman, ey şeyx?

Sevgini xəlqə həram etdin əzəldən, lakinQəlbini çaldı sənin huriyi-qılman, ey şeyx!

Hər nədən məst olursan, nə təfavüt, məstsən,Məstliyinlə bizi sən eylədin heyran, ey şeyx!

Nə üçün inciyəsən, üzr varındır hər an,Olmusan cümlə təriqətlərə nadan, ey şeyx!

Bir baxaq biz içirik, məst oluruq bir meydən,Söylə verdik bu işilə kimə nöqsan, ey şeyx!

De görək ki, nə olub hasilin ol məsciddən,Nə verib ömrünə bu naləvü əfqan, ey şeyx!

Макта — последний бейт с тахаллусом поэта. Qüdsiyə vermə nəsihət belə boş baş ilə sən,Onu almış ələ bir zülfi-pərişan, ey şeyx!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви