Dünən şıdırğı yağış yağırdı,nənəm demiş:“Tut ucundan göyə çıx...”Babam deyərdi:“Yağış nemətdir...”Ancaq bizpaltarlarımızdan qorxubo nemətdən qaçdıq.Qaçdıq lap evə qədər.Qəribə görünürdüyağışdan qaçıb qurtara bilməyənlər...Pəncərə önündə dayanıb xeyli,baxdım buludların toqquşmasına.Dağ başına ildırımın düşməsinə.Baxdım bağçadakıHələ açılmamışqızılgül qönçəsinə,Necə də dözürdüdamcıların zərbəsinə.O gün yağış yağdılap səhərə qədər.Dan söküləndəelə bil göy üzündənbuludları da sildilər.Açıldı göyün aynası tamam.

Günəş də doğduqıpqırmızı, lalə tək,Yadıma qızılgülün qönçəsi düşdü,baxdım,necə də açılmışdıyarpaq-yarpaq,ləçək-ləçək.Günəşə baxıbşehli dodaqlarıylanecə də gülürdü.Arabir ləçəklərindənTorpağa ətirli damcılar tökülürdü.Baxırdım heyran-heyran.Səma açıq,üfüq aydın,torpaq ətir qoxulu.Elə bil yuyulmuşdu hər yan.Baxırdım heyran-heyran.Necə də gözəl idi təbiət.Babam qəribə demiş:Yağış nemətdir,nemət.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе