Sevincin zirvəsi, dərdin zirvəsi
Köhnə dostum M.Sadıq müəllimə
Qarışıb dünyanın yaxşı-yamanı,Əzabı, ləzzəti, sevinci, qəmi.Göründüyü kimi gördüm dünyanı,Çox vaxt görəmmədim olduğu kimi.
Gəldim dünya ilə çox vaxt döş-döşə,Bəzən ala bildim öz istəyimi.Həyat qurtarardı,əgər həmişəDünya görünsəydi olduğu kimi.
Dünya çalın-çarpaz dağlayan kəsiÖzgəsinə sevinc paylayan gördüm.Ən böyük sevincdə ağlayan kəsiDərddə qol götürüb oynayan gördüm.
Arzu tənliyində, hiss tənliyində,Tutur ağ qaranı,Bəm səs zil səsi.Birləşir duyğunun dərinliyindəSevincin zirvəsi, dərdin zirvəsi.Ey könül, dünyadan nə küs, nə inci,Sevincdə qəmi gör, qəmdə sevinci.
Mart, 1986.
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-sevincin-zirvesi-derdin-zirvesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
VarHicran xəstəsiyəm dərdə giriftar,Mənim bu dərdimin nə loğmanı var.