Bütün ömrüm boyu anlar kimiQəzetdən, kitabdan mən şirə çəkdim.Bilməyə çalışdım bilmədiyimi,Bunu bilmədim ki, mən bilməsəydim,Nəyi uduzacaq, itirəcəydim?Qazancım nə oldu, İtirdiyim nə?Qazancım dəyərmi itirdiyimə?

Qanmazın qandığı bir şey var ancaq:Özünü hər yerdə düz, doğru saymaq!O, elə bilir ki, səhv edə bilməz,Bir müşkül önündə ağlı yenilməz.Onun əməlində olmaz bir "xəta",

Ondan ağıllısı yox bu dünyada.Qandınsa... şübhələr və tərəddüdlərÖmrünün peykinə dönəcək sənin.Qandınsa... qəlbində dil açan kədərƏzmini, eşqini yenəcək sənin.Qananlar uduzur batıb dərində,Qananlar uduzur şübhələrində -Bağrına çəkilən qanma dağından.Qanmazlar qazanır qanmadığından.Qandıqca... özümlə durdum üz-üzəO da mən,Bu da mən.Kimə haqq verim?Möcüzə içində başqa möcüzə.Nə hakim bəllidir, nə də müttəhim.Kaş, qanmayaydımÖzümlə üz-üzə dayanmayaydım.

Fevral, 1985

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов