Öz Vətəninə mənsub olmayan şəxs insanlığa da mənsub deyildir.V.Q.Belinski

Dərd var ki, bənzəmir heç hansı dərdəGəzdiyim, gördüyüm yad ölkələrdəVətənçin burnunun ucu göynəyənAdamlar görmüşəm nə qədər desən.Bu vətən nisgilli mühacirlərinAcı taleyinə acımışam mən,Bəzən aşkar-aşkar, bəzən gizlicə...Vətənə uçurlar onlar hər gecəMin rəngli qanadlı yuxularında.Qəriblik - Elə bir dərd ki, çəkilməz.Balıq balıqdır ki, yad sularındaYaşaya bilsə də, böyüyə bilməz.

Ulu keçmişimiz... həm qılınc, həm qınBizim həm xeyrimiz, həm şərimizdir.Türbə qəbirləri əcdadımızın –Torpağa işləyən köklərimizdir.Bu kökün üstündə dayanmayan kəsYaşayar,bir boy da ucala bilməz.İmkan dənizində üzə bilsə də,Fərəhdən bir çimdik pay ala bilməz.Bir doğma anaya min ögey anaTay ola bilərmi?Ögey- göz dağı!Kim deyir eynidir, eyni insanaVətən torpağıyla qürbət torpağı?Min dəfə güclüdür öz imkanındanVətən torpağının üstündə insan!Bir Vətən həsrəti - bir ulu nisgil!Vətənsiz yaşamaq - yaşamaq deyil.Vətəndən kənarda yaşayanlaraMühacir demişik... lap doğru, lap düz!Vətənin içində yaşayıb, ancaqÖzünü Vətənə yad sayanlara,Özgə məbədinə baş qoyanlaraNə ad verək biz?Adam tanıyıram, yuxularındaÜzər balıq kimi yad sularında.Uçar Nyu-Yorka, uçar Londona,Mənəvi mühacir deyərdim ona!

O, elin içində elinə özgə,Tarixinə özgə, dilinə özgə,Havasına özgə, suyuna özgə,Əcdaddan baş olan soyuna özgə,Doğma ocağına, közünə özgə,Özü də bilmədən özünə özgə,özgəyə doğma,Vətəndən savayı hər şeyə doğma.

Qürbət çörəyini yeyər mühacirVətən havasıyla yaşayar ancaq.Ölürkən... Dizinə döyər mühacir,İstəyi - Vətəndən bir ovuc torpaq.Mənəvi mühacir Vətənə deyil,Güvənər həmişə ancaq özünə.Vətən çörəyini təpər gözünəÖzgə havasıyla yaşayar müdam.O da bir adamdır, bu da bir adam.O da mühacirdir, bu da mühacir.Biri torpaq istər, biri cəvahir,Biri insan isə... o biri tacir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине