İsmayıl Şıxlıya

Yerdən alıb öz gücünüQalxar göyə təyyarələr,Məhəl qoymaznə yağışa,nə küləyətəyyarələr.Uçuşu da əzəmətli,Duruşu da əzəmətli...Aşıb-daşartəyyarələr.Yerdə deyil,göydə yaşartəyyarələr.SərnişinəVüqarından - vüqar verirtəyyarələr,Günlərin yox,Saatların az ömründəQütbləri birləşdirirtəyyarələr.Gecə gedir,Gündüz gedirtəyyarələr.Məqsədinə,Mənzilinə dümdüz gedirtəyyarələr.Eniş bilməz,Yoxuş bilməz,Dolay bilməztəyyarələr.Nə burulmaz,Nə əyilməz təyyarələr.İçəridən alışmasabu sürətlə,bu cürətləGedə bilməztəyyarələr.Özü kimiÖlümü də mərdanədir.Mənzilinə uça-uça,qaça-qaçaÖz içindən tez üzülərtəyyarələr.Yavaş-yavaş ölə bilməz.Öləndə də birdən ölərtəyyarələr.

Aprel, 1966

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов