Yox, düşmürəm, qalxıram
Ən uca mərtəbədə yaşayırsan...Çox gözəl.Məni bu pillələrləİmtahana çəkmə, gəl!Yox, yox!
Mənə demə ki,Muğayat ol özündən,Çıxma bu pillələriXəstə ürəyinlə sən!Yox!Onlar yormur məni!Bir addıma qalxıramQalxanda beş pilləni.Düşəndə bir pilləniBeş addıma düşürəm.Düşürəm... Yox düşmürəm,Sanki yoxuş qalxıram.Məni yola salırsan:Gah özümə,gah da sənə baxıram.Düşürəm...Düşə bilmirəmKöynəyim tondan ağır,Sıxır məni əynimdə.Düşürəm...Düşə bilmirəmSənin baxışlarınınAğırlığı çiynimdə.Yox!Mən pillə düşmürəm,Ruhum düşür göylərinMin-min mərtəbəsindən.Hara gedim, bilmirəmAyağıma dolaşanÜrəyimlə indi mən?...
Düşürəm, xəyal kimi...Aparıram beynimi,Ürəyim sizdə qalır.Kədərim yanımdadır,Fərəhim sizdə qalır...Mənim bu tərs taleyimGör necə də zalımdır,Enişim - hicranımsa,Yoxuşum - vüsalımdır.Sənin pillələriniQalxmaq necə asandırDüşmək, enmək çox çətin!Bu da mənasız deyil,Hər işi tərsinədirƏzəldən məhəbbətin!..
Oktyabr 1963
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-yox-dusmurem-qalxiram
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir tərəfdə sel kimi od axıdan buruqlar,Bir tərəfdə çadırda donan körpə çocuqlar.
Utanmaq, qızarmaqIQalxıram kürsüyə danışmaq üçün
Gecələr - pənah yerimSəhərlərim - boyasız, gündüzlərim - qorxusuzGecələrim - narahat, gecələrim - yuxusuz.
GəlirTarıma çəkilmiş simə bənzə sən!Titrə bir yarpağın titrəməsindən.
Стихи других поэтов
Könlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Sevdiyim(Azərbaycanın bayrağına)Altun köksün hilal-yıldız, işıqları öpüncə,