Boranlı qış gecəsi, şaxta şiddətilə kəsirKülək vıyıldayaraq səs salır biyabanə;Cahan zülami-kədər pərdəsilə puşidə,Qaranlıq iştə çöküb məclisi-şəbistanə.Uzaqda, kənd kənarında bir uçuq evcik.Əvət, dağılmış, uçulmuş xərabə bir məqbər.Zülami-nikbət içindən gəlir inilti səsi,Baxanda xəstə uşaq, bir də xəstə bir madər.Qaranlıq evdə uzanmış da bir cavan arvad,Vərəmli çöhrəsi solğun, zülamə müstəğrəq;Ağır nəfəslər alır, biməcəl olub bayılır,O bir cənazə və ev bir məzardır mütləq;Batıb zərif, sarımtıl yanaqları çuxura.Nədir bu mənzərə, ya rəb? Nə qəmli simadır!Üzündə sayeyi-möhnət, baxınca zənn olunur:Deyil bu canlı bəşər, bəlkə bir müqəvvadır;Ölür, ölür də, fəqət müntəzir səbisindənKi, yox cahanda onun bir ənisi-qəmxarı.Baxır nigahi-təhəssürlə nuri-didəsinə,Xəyal edir ki, onun kim olar pərəstarıÇocuq fəğan ilə qucmuş zavallı anasını,– Ana! Acam! – deyə ağlar, qadın baxır mədhuş.Nə var dolanmağa taqət, nə var danışmağa dil,Həzin nəzərlə baxır, ağlayır, olur bihuş.Əsir külək yenə vəhşi kimi guruldayaraq,Vıyıldayır, bağırır, artırır da dəhşətini;Vurur, yıxır, dağıdır, sındırır, ucaldır səs,Bəşər vücuduna san göstərir ədavətini.Baxır ana çocuğa bir nigahi-həsrətlə,Inildəyir də onun hüzni-infialında.Ona baxıb düşünür, ondan ötrü çırpınıyorOnun xəyalı gəzir həp sönük xəyalında.Əvət, onu düşünür bu xərabədə anasız,– Çörək! Çörək! – deyərək eyləyir vidani-həyat.Kömək dilər kimi, ətrafını süzər sakit;Baxır, baxır da, fəqət kimsə görməyir, heyhat!Nə qəmli mənzərədir, son nəfəsdə bir madərBir iztirab ilə etmiş səbisini bərduş.Bir intizari-təhəssürlə gözləri süzülür,Ölür, ölür, şaşırıb həp çocuq baxır xamuş.O dəm işıqlanıb ev nagəhan iki ərlə,Döşü nişanlı gözəl bir qadın olub daxil;Qadın qaçıb çocuğu qapdı, basdı sinəsinəÖpürdü, sanki öz övladına olub vasil.Görüncə sineyi-şəfqətdə kəndi yavrusunu,Gülümsünüb, hər iki əllərin zəlilanəUzatdı ol qadına, san: “Apar, bacım, saxla!” –Deyirdi, həp süzülən gözləri səmimanə.Qadın yenə uyudu... ah, şimdi pək rahət,Birər təbəssümi-şəfqət öpür dodaqlarını;Iztirabı onun, şimdi oxşayır ancaqBirər piri-təsəlli soluq yanaqlarını.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов