Ölmək! O geniş körpüdən hər kəs keçəcəkdir,Bir badə ki, ondan bütün aləm içəcəkdir!Hər süslü çiçək sonda saralmış quru yarpaq,Insan da nədir? Əvvəli torpaq, sonu torpaq!

Aləm doğacaq, dirçələcək, məhv olacaqdır,Dünya boş ikən əvvəli, həp boş qalacaqdır.Bir tək səni məhv etmədi bu qanlı təbiət,Həp yoxluğa, həp heçliyə məhkum bəşəriyyət.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов