Qızılgül anam əsl Allah adamı idi. Doxsan dörd yaşında belə məscidə gedər, heç vaxtnamazını buraxmazdı. Nəql eləyirdi ki, atası Hüseyn kişi əsrimizin əvvəllərində Kərbəla ziyarətinəgedirmiş. Yola düşən günün sübh çağı yuxudan durub kəndimizin ən görümlü, ən hündür yerindətikilən evimizin qabağına çıxıb üzünü qibləyə döndərib Allaha yalvarmağa başlayıbmış… - Xudaya -deyirmiş – mənim bu səfərimi ən əvvəl uğurlu elə… gedim Kərbəlaya. Şahi – Nəcəf arzumayetişim… Bir də səndən umacağım odur ki, məni elə oradaca peyğəmbərlərin hüzurunda o dünyayayolla… Həm behiştlik olum, həm də qayıdıb bu kənddə olan bəzi murdarların bir də sifətlərinigörməyim… anam deyirdi ki, allah elə bil kişinin sözünü eşitdi… Həm onun ziyarətini uğurlu elədi,həm düz İmam Hüseynin türbəsi qabağında namaz qılarkən ruhunu canından uçurtdu, kəndimizdəolan bəzi bədniyabətlərlə bir daha üz-üzə gəlmədi… İllər arxasından mən də babamın həmişəyaşarruhuna üz tutub deyirəm ki, baba, sənin üçün o vaxt pislərin əlindən baş götürüb getməyə Kərbəla,Nəcəf vardı…

Bəs mən hara gedim, babam,Ulu babam, qədim babam,Əziz babam, Hüseyn babam,Pislərdən gen gəzən babam…Dünyanın ən ağır dərdi,

Hansı dərddir-insan dərdi?..Gündə rast gəlmək namərdə,Çətin dərddi, yaman dərddi…Murdarlar çox dönük olur,Bəli, dərdin böyük olub…Böyük olub, ulu babam,Yaxşıların qulu, babam…Qəlp götürməyib təbiətin,Baş əyirəm xislətinə…Kəndimizdən o vaxt yəqin,Pislər olub dənə-dənə,Misqal-misqal, dinar-dinar…İndi sayı-hesabı yox,Nə bi r qeydə alanı var,Nə bir dəftər kitabı yox…Vicdanları çürük, axsaq,Nə oyunlar çıxarırlar,Yamanlardır hara baxsan,Hey artırlar çoxalırlar…Veclərinə deyil aləm,Ev yıxırlar gülə-gülə…Mən də baxa bilməyirəmO riyakar sifətlərə…Dünya mənə necə dardı,Çağlayır nifrətim, babam…Sənin gedən yerin vardı,Bəs mən hara gedim, babam?..Həyanım ol, yetiş dada,Məsləhət ver, kömək elə…Getmək olur Təbrizə ta,Orda qalmaq olur hələ…Ora hələ dərdli yerdir,Özü doğma, sahibi yad…Millətimin azdır mərdi,Qorxaqları boldur heyhat…Hərəsi də öz hayında,Bunlar yüzmü, minmi babam,Tək-tük imiş pislər onda,Sürüdülər indi, babam…Hamı olub dəllal, kələk,İnsanlığın ağı çıxıb…Baş götürüb Füzuli tək,Mən də yoxsa dağa çıxım…Sən getdiyin yollar ilə,Ay babam, mən də getmişəm…Kərbəlaya iki kərə,Bir yol Məşhədə getmişəm…O yerlərdə olmaq, babam,Ta özü də bir şərt deyil,

Nə Kərbəla, o Kərbəla,Nə Məşhəd o Məşhəd deyil…Məkkəni də korlayıblar,Döndəriblər su yoluna…Dinsizləri yollayırlar,Peyğəmbərin hüzuruna…Mərddə gərək bir üz olsun,Bütöv babam, mətin babam…Bir kəs göstər təmiz olsun,Bir yer göstər gedim, babam…Ana gərək, bacı gərək,Dərdlərimə edə çarə…Yer olmasa qaçım gərək,Meşələrə, səhralara…Mürvət yoxdur insanlarda,Qiyamətdir, nədir, babam?..Sənin gedən yerin vardı,Bəs mən hara gedim, babam,Bəs mən necə edim, babam?..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Плачи