"Ay"a
“Boşluq diyarında çıx dolaş” deyə,Səni kim fırlatmış o dərinliyə,Ey solğun bənizli, sevdalı pəri?!
Mənim sevdiyimin xəyalı kimi,Bəzən bürünərək pənbə bir tülə.Çıxarsan üzm əyə o dərin gölə...
Çıxdıqca yoluna buluddan dalğaSən onun yanından baxıb uzağa,Keçərək, ədalı yürüşün gözəl.
Arayırmış kimi onu gizlicə.Dolaşdıqdan sonra bir uzun gecə,Səhər ulduzuyla görüşün gözəl.
Bəzən nədən isə umuzun çılpaq,Saçların dağınıq, dolaşırsan tək;Sıxılır yalqızhq əlində ürək.
Elə günlər olur, bizlərdən uzaq,Görünmoz olursan bir uzun gecə,Deyirlər, ağlarsan onda gizlico.
Durmadan gəzirsən illərdən bəri;Nə olmuşdur, səsin çıxmayır çoxdan,Sən də o boşluqda avaramısan?!
Sənin o sevdalı, solğun baxışın,Xatırladır m ənə bir pərizadı;Ki, düşməz ölüncə dilimdən adı
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavad-ay-a
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
İnsanların tarixi faciələri, yaxud Əlvahi-intibah1Həyatın səsləri guşumda həp fəryad şəklində,
Müxəmməs-tərcinüma: Ey şövqi-ruxun gün kimi əşyaya mücəllaEy şövqi-ruxun gün kimi əşyaya mücəlla,Üşşaqa təmaşayi-cəmalın fərəhəfza,
Ey nəşi qalan yerdə, keçən başı eidayəEy nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.