Yeni doğmuş bir körpəyəQul olur, qollanır beşik!Neçin sevinməsin, nəyəSevinir, sallanır beşik!

Bizi gülüb dindirməyə,Gələn körpə ağlar niyə?Bir at istər mindirməyə,At olur, çullanır beşik!

Uzaq bir yol, yalnız ana...Könül kömək umar ona.Yalvarmadan ona-bunaYar olur, yollanır beşik!

Babanın alnının təriQurumazsa, vardır yeri.Məmədən süd əmənləriAldadır, allanır beşik!

Bacamızdan çıxan dumanDeyir halım deyil yaman.Evdə uşaq doğan zamanŞən olur, dallamr beşik!

Beşik baxmaz heç bir kəsə,Qulaq verir gələn səsə.Nənə bir nəğmə söyləsə,Yel olur, yellənir beşik!-Çakva, 1917, ivul*

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов