Ey dost, hüzuruna salamlarım var,Bu şəfəq könlümün şəlaləsindən.İstərəm adına bir dastan quram,Dağlar nərgizindən, dağ laləsindən.

Fikrin həmdəmidi ləli-gövhərin,Sözün qiymətlidir, düşünsən dərin.Nə gözəl yaranıb misilsiz sərin,Yaqutun, mərcanın dürdanəsindən.

Parlaq elmlərin dönüb çırağa,Möhtac deyil nə piltəyə, nə yağa.Arzum budur, bir gün düşmə irağa,Sənətin, ilhamın piyaləsindən.

Çox qalandım üst-üstündən közə mən,Dərd demədim doxsana mən, yüzə mən.İstərəm hayqıram, çıxam üzə mən,Həyatın dəhşətli məngənəsindən.

Ey mənim sədəfim, mərcanım, dürrüm,Bağınız, bağçanız solmasın görüm!Ömrünə calansın Sənətkar ömrüm,Qardaşlıq adının dost bərəsindən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе