Leyla
Deyirlər Qarabağ bir cənnət imiş,Bəslərmiş qoynunda gözəllərini!Məndə qüdrət yoxdur qələm çalmağa,Tərif eyləməyə ancaq birini.
O gərgin qaşların kölgəsindəki,Can alıb, can verən gözlərə qurban!Bugünkü Leylanın xoş səsindəkiMənalı, mənasız sözlərə qurban!
Qurban qəbul edib töksə qanımı,Nəyi var şairin, verər canını?!Qəmzəsi qan olan, gərdişi əla,Doğrudan gözəldir, göyçəkdir Leyla!
Çiçəklər qoynunda bəsləmiş əndam,Çıxdı dodağında badənin canı.Gözəlsən, incəsən, qur yeni bir dam,Əsir et, qul eylə mahi-tabanı.
Böylədir önündə hər yeni şair,Yeni bir yol bular, bir əməl bəslər.Mənim təbiətdən istəyim budur,Çoxalsın yurdumda böylə gözəllər!
Könül tazalandı sitayişindən,Könüllər sultanı, ellər gözəli!Qorxum var dünyanın bircə işindən,Mümkünsə dəyişdir qələm-əzəli!
Söylə ki, çiçəklər solmasın, Leyla!Mənim qorxduğum hal olmasın, Leyla!Dolansın başına ulduzlar, aylar,Bu köhnə dünyanın Leylası da var!
Gözəllər toplaşıb olsunlar bacı,Leyla da onların başının tacı!-1934*
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavad-leyla
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şerim sınıq bir türk sazı, ağladaraq tellərini,Adaq-adaq gəzmək istər könlüm Turan ellərini!
ŞeriməEy çürük ruhumda doğan nəşidə,Bən səni çox sevdim doğduğun gündə.
Şəhid şeirƏsirim, umdum ki, Xızrım gəlecək,Çıxdım ki, yollara edəm sorağın!
ŞəhidlərəAzərbaycandakı osmanlı şəhidlərinə*Qalx, qalx! Sarmaşıqlı məzar altından,
Стихи других поэтов
Mahi-məhərrəm oldu yenə göylər ağladı,Düşdü cahäne qülqülə aləmlər ağladı.
Qalan qapılardıSənin telefonun səninki deyil,ordakı nömrələr neçə əl görüb.
Çığalı müxəmməsƏğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,