Ey Tanrının cənnət uman qulları,Mən cənnəti bu dünyada tapmışam!Aramaqdan bezdiyiniz yollarıAxtarmadan mən sevdada tapmışam!

Oxşayaraq ulduzunu, ayını,Necə sayım cənnətimin sayını?!El deyən cənnətin mən bir tayınıAçıq gözlü bir röyada tapmışam!

Eşitmədən, anlamadan yerini,Dərvişlərin çağırdığı pirini;İnandığım ərənlərin biriniUc-bucaqsız bir səhrada tapmışam!

Daşıyanlar vicdanların darını,Bucaqlarda gəzər gözəl yarını!El cəfada diləndiyi varım,İmanmı mən səfada tapmışam!

Ürəkdən neylərə çəkdirən “yahu”!Aşığın inləyən telə sorduğu,Böyüklərin sanıb heyran olduğuNüktəyi mən macərada tapmışam!

Şərqin gülü, neyi, meyi, nəvası!Qərbin könül sıxan ağır havası!Rahiblərin, keşişlərin duasıUmduğunu masəvada tapmışam!

Çıxmışkən günahı vaizin dizə,Vəz edib, durmaqda bax yenə bizə!Söylənəcək sözü dinə, dinsizə,Vicdanımda bir sədada tapmışam!

Mən ki, hindin sufisinə, sözünə,Qulaq verməm, Qərbin baxdım üzünə!Büründüyü tülə deyil, gözünəNeydəkini mən nəvada tapmışam!

Ağlamazsa qara bəxtin buludu,Bəsləyir vicdanım bir böyük duyğu!Hər iki dünyanın hardadır sonu?Cavabım intiyada tapmışam!

İnandım ki, hər fəıyadın sonu var!Bir gün gələr: Yer üzündə yaz olar!Gələn günü düşünənlər, yazanlar,Duyduğunu bu xülyada tapmışam!-Batum, "Açıq söz", 1917, 20 iyun*

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов