Sən qüdrətin aşıb-daşan vaxtındaMələklərin gülüşündən yarandın.Səhər dilli bir fırçanın əliləAhuların duruşundan yarandın.Ay işığı... Gözəlliyin, qızlığınÇiçəklərlə öpüşündən yarandın.Sərinlətdin baxışınla könlümü,Buludların uçuşundan yarandın...Qələm əldə ilhamını dinlərkənSən qəlbimin vuruşundan yarandın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе