Of, bu yol
Bənim yolum yalançıGirdablarla dolmuşdur.Yıxılmamaq bu yoldaBana haram olmuşdur.İman etm ək güc olmuş,Bir doğruya, yalana.Hər kəs əngəl oluyorBir imanda qalana!Hər gün yeni bir ümid,Hər gün yeni bir xəbər;Ancaq dünya əsgidi,Haqq və doğru nə gəzər?!İnsaniyyət, o bir kitab -Hər oxuyan yalançı.Güc, bir həyat meydamdır -Hər bir güclü talançı!Yazıq bir çox məhkumlarHər bir sözə inanmış!Sonra baxmış, qızaranŞəfəq deyil, qan imiş!Göy üzünün şimşəyi,Yıldırımı, yağmuruSoyutmadı, bu insanQanı içən dəmiri!Ey Allahım yamltdınHər bir doğru addımı,Yoxsa, yoxsul dünyadan.Ədalətin qalxdımı?Ey dinlinin, dinsizinİnandığı son qüvvət!Qalmadımı səndə dəİnsanlara mərhəmət!Bən ki bilmək istərdim,Kimlər ağlar, kim gülər?Onunçündür etmişdirFələk bəni dərbədər!Ariyorkən təsəlliBaxdım mavi göylərə!Bulamadım bir nöqtə,Çıxamadım bir yerə.Bən söylədim dərdimi,Tazə yaşıl yaprağa!Daha dərdim bitmədənO sərildi toprağa!Nə yoxsuldur təbiət,Ömrü nə az çiçəyin?!.Yazıq bağban sana ki,Boşa çıxdı əməyin!..Bezdim artıq qəhr olsun,Murdarlaşdı bu əsr!Yaxşı günlər keçiyor,Tövbə ölüm gətirir!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavad-of-bu-yol
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Deyirlər, gözəllik gəldi-gedərdir,Gözəllik odur ki, duyanı olsun!
Sevda yollarında ağlamayan kəsSevda yollarında ağlamayan kəs,Dünyanın zövqünü duya bilərmi?
Yarımın sevdası gəzir başımdaYarımın sevdası gəzir başımda,Min səsli, sədalı telə bənzəyir!
Qəm, kədər çəkənə gün nə gərəkdirQəm, kədər çəkənə gün nə gərəkdir?Həqiqət sevənə xəyal nə lazım?
Стихи других поэтов
Gözəl olan beş yaşından öyülür,Yeddisində qönçə güldən sayılır,
Maral gözlümAh çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
Deyişmə— Xurşid:Aman Çoban, mən yarımı ararəm,
Qarabağlı Mehdi bəyə yazdığı müfəssəl həcvdən bir neçə parçaBunca kar idi saldın arəyə sağ olmaQoşulub hər dəliyə sən dəxi sərsağ olma