Ruhum, ey aşinayi-əsrarım!Həp uzaq, bəzmi-vüslətindən uzaq,Qürbət ellərdə təlxkam olaraq,Səni özlər də sızlayıb yanarım.

Gecə-gündüz həyati-müztəribim,Sənin alami-həsrətinlə sönər.Fikrə gəldikcə həp keçən günlər,Daima çırpınıb durur qəlbim.

Səndən ayrıldığım zaman o gözəl,Tatlı, süzgün baqışların guyaPək dərin bir sükut içində banaDemək istərdi: “Get, fəqət tez gəl!”

Öpüb əmdikcə tombul əllərini,Ruhum ağlardı, iştə sən o zamanOqudun gözlərimdə pürhəyəcanBir əsirin sönən əməllərini.

Sonra titrək, kəsik əda ilə sənYalınız - get, saqın unutma! - dedin.Uça bilsən də şimdi bir gəlsən,Halımı seyr edib olurdun əmin.

İştə! Həp nevbahara nəşə verənQönçələr, nəğmələr, təbəssümlər,Al şəfəqlər, nəsimi-şuxi-səhərBana biganə... ah... yalnız sən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов