Страница 1 из 2

Mərhumun təşyini-cənazəsi mərasimi

May ayının on birinci günü gündüzün saat on birdə Gəncə vağzalının önündə bir qutu (tabut) nəzərə çarpıyordu ki, içində (A.Sur), o nakam cavan, o qəyur ədibimiz xabiəbədisinə varmışdı. On dörd gecəlik ayı ihatə edən yıldızlar kibi mədrəseyi-ruhaniyyə tələbə və müəllimləri cənazənin ətrafını sarmışdı. Hər kəs qayb olmuş bir fəzilətin, əldən çıqmış bir ne’mətin yadi-həsrətilə mütəəssir olduğunu göstəriyordu. Hazırun, böylə fəal və mütəşəbbüs bir cavanın, böylə natiqəpərdaz bir qəhrəmanın sükuti-həzinini düşündükcə heyrət və təfəkkürdən kəndini alamıyordu.


Mədrəseyi-ruhaniyyə müdiri Axund Hüseyn Pişnamazzadə cənabları tərəfindən mərhumun ruhu üçün dua oqunub fatihə söyləndikdən sonra hər kəs birər həmdü surə oquyub, sonra namurad ədib və müəllimimizin tabuti-müəllası müəllimlərin və tələbə əfəndilərin yardımilə bir faytona qoyuldu. Mərhumun beş-üç qövm əqrəbasilə bərabər doctor Həsənbəy Ağayev, Bağbanlar məktəbinin naziri Həsənbəy, şəhər məktəbinin türkcə müəllimi Ismayılzadə Mirzə Hüseyn cənabları da bu hey’ətə daxil idi. Tabut faytona qoyulduqdan sonra hazırun kimi faytona, kimi tramvaya binib bir qədər yola dəvam etdilər. Şəhərə hənuz çoq məsafə var ikən, cənazəyi istiqbal edənlər həp tramvay (qonka) və faytonlardan enib cənazəyi ta mərhumun evlərinə qədər çiyinlərində gətirdilər. Söz yoq, şəhərə daxil olduqda ötədən-bəridən toplanmış adamlar da nəzərə çarpıyordu. Cənazəyə yardım etmək istiyorlardisə də, müəllimlər və tələbələrin yardımı onların zəhmətinə hacət bıraqmadı. Cənazə evlərinə daxil olur-olmaz şurüi-şivən sədası qulaqları çınlatmağa başladı. “Cavan oğul vay”, “namurad qardaş vay” səsləri, “qəyur yoldaş vay”, “nakam arqadaş” iniltiləri hər kəsi sızlatdı, hər kəsi ağlatdı. Bu sırada mədrəseyiruhaniyyənin mə’sum balaları qapının önündə məş’umlu bayatılardan oquyurlardı:

Cavan öldün, dünyadan kam almadın,

Çoq çalışdın, zəhmətdən hiç doymadın,

Əfsus ki, fikrinə qail olmadın,

Ağla, qardaş! Ağlamalı günündür!

Çıqarmıyaq yaddan biz tiz onları,

Həp vətənə qurban olmuş canları,

Tanrı qəbul etsin bu qurbanları,

Ağla, qardaş! Ağlamalı günündür!

İlaxir...

Bu sırada Sisyanov, Voronsov, bir də Tofiq məktəbinin nazirləri, müəllimləri, tələbələri dəstə-dəstə qapının ətrafında kamali-nizam ilə səf bağlayıb durdular. Ətrafdan başqa adamlar da tək-tük bu cəmiyyətin içində görünürdü. Bir çoq saət qədər ağlaşma, qüsl, təkfin ilə iştiğal edilib sonra zavallı cavanı anasından, bacı-qardaşından ayırmağa başladılar. Tabutun üzəri tirmələr, şallar, ipəklərlə bəzənmişdi. Məktəb tələbəsi tərəfindən ilk baharın yeni açmış gül-qönçələrilə süslənmişdi. Cənazənin üzərində mərhumun adilə bərabər Namiq Kamal mərhumun bu beyti də yazılmışdı:

Yüksəl ki, yerin bu yer deyildir,

Dünyayə gəliş hünər deyildir.

Cənazə evdən məscidə qadar, yenə qaralar daşıyan tələbə və müəllim əfəndilərin omuzunda gəldi çıqdı.

Məscid həyətində (havlısında) mədrəsə müdiri Pişnamazzadə və sair həzərat tərəfindən namaz qılınıb məzarıstana doğru hərəkət edilməyə başladı. Pək qarışıqlıq, nizamsızlıq olmasın deyə Əliəkbər bəy Rəfibəyovun və müəllim əfəndilərin təsvibi ilə Sisyanov şagirdləri əl-ələ verib cənazə ətrafında gedən müəllim və tələbələri ortaya aldılar. Tainki xaricdən cənazəyi təşyi edən, ya təşyi etmək həvəsində olan Gəncə cəmaati-islamiyyəsilə çocuqlar qarışmayaraq ayrı və müntəzəm bir surətdə yola dəvam etsinlər və çocuqlar da sıqıntı çəkməsinlər.

Mə’lum ya! Bu gün cümə günüdür. Bütün müsəlman dükanları qapalıdır. Ehtimal ki, cənazəyi təşyi için qoşub gələn vətənpərəst dindaşların kəsrət və izdihamından sıqıntı çəkilir. Iştə bu səbəbdən ya nə, böylə bir qərar verilmişdi.

Lakin əfsus! Binlərcə əfsus ki, məsciddən məzarlığa qadar gördüyümüz əşxas yenə müəllimlər, yenə onların dört-beş yüzü mütəcaviz şagirdləri idi.

Mədrəseyi-ruhaniyyə şagirdanı yuqarıda yazılmış:

Cavan öldün dünyadan kam almadın

– mənzuməsini ta Səbzikar məzarıstanına qadar oquya-oquya getdilər. Səbzikar məzarıstanlara başqa məzarıstanı görə qayət təmiz və gözəldir.

İştə orada mərhum A.Suru dəfn etdilər. Yuqarıda məzkur məktəblərin nazir, müəllim və tələbəsindən maəda Gəncə şəhəri-əzimindən orada gözə çarpan zat yalnız Əliəkbər bəy Rəfibəyov, məxdumları doktor Xudadat bəy Rəfibəyov, doktor Həsən bəy Ağayev, doctor Fərrux bəy, məşhədi Əli ağa Rəfiyev, məşhədi Qasım ağa, Cavad bəy Cavarlinski, bir də beş-üç nəfər mərhumun qövm və əqrəbası idi. Məzkur Cavad bəy, Həsən bəy və Mirzə Hüseyn cənabları isə hey’ətimüəlliminə daxil deməkdir.

Əvət cənazə dəfn edildi, təlqin verildi. Sonra Voronsov məktəbinin türkcə müəllimi Isi əfəndinin tə’limilə məzkur məktəb şagirdləri bu sözləri təğənni etməyə başladılar:

Cümlə millətin ruhinin ruhi,

Cümlə millətin qəlbi-məcruhi.

Öz müəllimi, öz ədibidir,

Öz mühərriri, öz ədibidir.

Çox yaşa ədib, fikri-millətdə,

Keçdi günlərin xeyli zəhmətdə.

Qəbrdə rahət uyu, ey cavan,

Məskənin sənin rövzeyi-rizvan.

Şu matəmi tərənnümdən sonra mədrəsə müdiri Pişnamazzadə həzrətləri nitqə şüru etməyə başladı.

Lakin müdir əfəndinin yaxud sair natiqlərin söylədiklərini kamilən yazacaq olsaq pək çoq vaqt, pək təfsilat istər, bən də ancaq hər nitqin xülasətü xülasəsini yazıb ixtisar etmək istiyorum.

Pişnamazzadə cənabları mənbəyi-fəzl və irfan, əmiri-mö’minan Əli ibn Əbitalib “kərəməllahu vəchəhum”nun buyurmuş olduğu (mən əlləmni hərfən qədtəyərin əbdən) kəlami-hikmət-insicamını mevzui ittixaz edərək mərhum Abdulla Tofiq əfəndinin mədrəsə şagirdləri boynunda olan haqqını, müəllimlərin məziyyətini, şagirdlərin və camaatın onlara olacaq ehtiramatını, qara topraqlara tapşırdığımız cavan müəllim və ədibimizin mədrəseyi-ruhaniyyədəki təşəbbüsatını, lisana, imlaya, ədəbiyyat və tarixə dair mücahidatını birər-birər sayaraq, xətmi-kəlam elədi.

Sonra mədrəsənin riyaziyyat müəllimi Rza bəy Qaraşarov cənabları başlayaraq tərcümeyi-halına dair bir uzun nitq söylədi:

Mərhum Abdulla əfəndi 1877 tarixində təvəllüd etmiş və 1896-cı sənəsində açılan məktəbi-xeyriyyədə təhsilə şüru etmiş. Sonra məzkur məktəbdə müəllim tə’yin edilərək tədris etməyə başlamış. 1900 sənəsində məzkur milli məktəb şəklindən çıqıb rusmüsəlman məktəbi olmuş.

Bir qaç yıldan sonra bu qəyur cavan Tiflis şəhərinə getmiş, orada “Şərqi-Rus” qəzetəsinə mühərrir və müsəhhih olmuş, sonra Bakıya gedib beş-altı ay qədər də orada iqamət edərək, oradan doğru İstanbula getmiş. Üç sənədən ziyadə fəqr və fəlakət içində, orada fəna və ucuz lokanta (restoran)larda yemək yeyərək, gecə-gündüz təhsil ilə uğraşıb durmuş. Mərhumun böylə üful etməsinə əsl səbəb də İstanbulda keçirdiyi günlər olsa gərək... Çünki onu məhv edən bu xəstəlik orada ikən başlamışdır. Mərhum İstanbulda ən çoq lisan, tarix və ədəbiyyat ilə iştiğal etmişdir. İkmali-təhsil etdikdən sonra doğru Gəncəyə gələrək mədrəseyiruhaniyyədə millət yavrularının gözünü, fikrini açmağa başlamışdır. Mərhumun lisana, osmanlı ədəbiyyatına dair tətəbböatı var, eyi əsərlərdir, hənuz təb’ olunmamışdır. Kərbəla vaqiəsinə dair də tətəbböatı var, qəzetdə nəşr olunmuş. Ruscadan bir coğrafiya kitabı tərcümə etmiş, Şinası mərhumun “Şair evlənməsi” ünvanlı vodevilini Azərbaycan türkcəsinə təhvil etmiş və üç cild üzrə şüəranın gözəl mənzumələrini toplayıb müntəxəbat (xrestomatiya) etmək istiyordu ki, vəfat etdi.

“İqbal” 16 may, 1912

Mərhum (A.Sur) təqribən iki ay var ki, Tiflisdə xəstəxanədə yatıyordu. Mərəzi “kor bağırsağ”ın iltihab etməsi idi. Bir-birinin arqası sıra üç dəfə əməliyyati-cərrahiyyə (operasion) icra edilmiş. Nihayət bu mayın səkkizinci günü tərki-həyat etmişdir.

Rza bəy əgərçi pək həyəcanlı və fəzlə bir taqım sözlər söylədisə də bən də bitiriyorum.

Sonra Ağayev doktor Həsən bəy cənabları, mərhumun İstanbuldakı üsrətli həyatına, fəaliyyətinə, təşəbbüsatına, südü təmiz bir türk oğlu, türk aşiqi, türk məftunu olduğuna dair və çalışıb-çapalayıb yazmış olduğu məqalat və tətəbböatına aid kəskin bir nitq söylədi. Burada uzatmayaraq iki-üç sətir ilə iktifa edildi.

Doktor Həsən bəy əfəndidən sonra Əmirov Hacı bəy cənabları ki, doquz-on yaşlarında qayət sevimli və çalışqan bir çocuqdur, əlindəki dəftəri açaraq şu sözləri söyləməyə başladı:

Həzərat! Simasından insaniyyət yağan, danışığından ruh aşinalığı mə’lum olan bu mərhumu bir-iki ildən bəri tanıyordum. Müəllim olduğundan uşaqlara olan məhəbbətinə görə bə’zi vəqtlər olurdu ki, bənim ruhumu tərbiyə etmək için bana ibrətli hekayələr söylərdi. Ona görə Abdulla əfəndiyə, bu qürbətdə qardaşıma olan məhəbbətim qadar, qəlbimdə bir böyük məhəbbət bəslənmişdi.

Bir gün, bir yaz sabahı onun vəfat xəbərini eşidən və onu sevən bir çocuq nə hala düşər? Vəfat xəbərini eşitdikdə tüklərim ürpərdi, kədər qəlbimi sıqdı. Doğrusu hiç inanmaq, onun cavanlığına ölüm yaraşdırmaq istəmədim. Heyhat! Getdi... O vücudi-müəzzəm getdi. O namusi-mücəssəm getdi...

Ey möhtərəm atalarım! Böylə sə’yli, millətdost müəllimin, müəllimlər zümrəsindən adının silinməsi camaatımıza, ələlxüsus biz məktəb çocuqlarına nə böyük müsibətdir. Zira biz uşaqların ruhunu tərbiyə edib məişət və səadət yoluna salik edən böylə qeyrətli müəllimlər deyilmi?

Türklük və islamiyyət hisslərini bizim qəlblərimizdə caygir edən, böylə millətpərvər müəllimlər deyilmi?

Böylə ruhani atanın əldən getməsi ümum uşaqların, xüsusən mədrəseyi-ruhaniyyədə oquyan şagird arqadaşlarımın müsibət günü olduğundan bütün əqrəbasilə bərabər, mütəəllim qardaşlarıma səbricəmil əta olunmasını Baritəala həzrətlərindən niyaz edərim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов