Sarı gül! Ey şikəstə, solğun nur!Niçin aludeyi-xəyal oldun?!Çeşmi-nazində başqa rəmz oqunur,Söylə, bir söylə, sən niçin soldun?!

Düşünüb durma böylə incə, dərin;İncəlik, ya dərinlik afətdir.Nerdə əvvəlki tatlı cilvələrin?Bu nə halət, nasıl qiyafətdir!?

Bən dilərdim ki, cümlə züvvarınSana həmşireyi-səfa deyələr!Niçin ağlar nigahi-bimarın,Səni qoynunda bəsləmişmi kədər?!

Ah... bilməm nə sehr var səndə,Könül ancaq səninlə nəşə bulur.Sən mələksin, təvərrüm etsən də,Yenə ruhum sənin əsirin olur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов