ƏDƏBİ DÖVRÜN BAŞÇISI

1906-cı ildə Şuşada uzun bir xəstəlik keçirmişdim. Bir gün Haşımbəy Vəzirov (bilaxirə “Tazə həyat” və “Səda” müdiri) məni yoxlamağa gələrkən, cibindən rəngli bir jurnal çıxarıb, xoş bir sevinclə mənə verdi. Bu “Molla Nəsrəddin”in ilk nömrəsi idi. Hər şeyi bəyənməyən, həsədə qapılan Haşımbəy bu dəfə olduqca məmnun idi. Xatırımdadır, məcmuəyə dair bir çox mədhiyyələr söylədi. Qara tüklü əllərilə məcmuəni vərəqləyərək başdan-başa oxudu, oxuduqca da hər bir sətri xoş qəhqəhəsi ilə canlandırdı.

Səhhətim yerinə gələr-gəlməz işə başladım. Avropa xəritəsinin qarşısında durub, “Ah, Avropa, bir də səni nə vaxt görəcəyəm?” – deyən Müzəffərəddin şahın karikaturasını çəkib “Molla Nəsrəddin”ə göndərdim. Karikaturanın rəssam Şmerlinqin imzası ilə çıxması bir az məni dilgir etdi. Buna baxmayaraq Şuşada erməni-türk vuruşmasını körüklədən çar generalı Qoloşapova da bir karikatura
çəkdim. Bu da senzura qurbanı oldu. Karikaturalarla bərabər kiçik məqalələr də yazmağa başladım. Lakin məqalələrim müvəffəqiyyət qazana bilmədi. Ilk təcrübələrin nəticə verməməsi məni işdən soyutmadı. Bir gün Qarabağ pir və ocaqlarını kəskin surətdə tənqid edən bir məktub da yazdım.

Məktub “Bakı realni məktəbinin altıncı sinfinin şagirdi Mir Yusif Vəzirov” imzası ilə nəşr olunmuşdu (“Molla Nəsrəddin”, № 37,1907). Belə açıq imzalı məqalənin nəşri müəllif üçün bir çox fəna nəticələr verə bilərdi: məktəbdən qovalar, təhqir edərdilər, öldürə də bilərdilər. Çox çəkmədi, bir neçə söyüş və təhqir məktubu aldım. Hacı Hacağa karvansarasında yaşayan qarabağlılar həyəcana gəldi... Bir neçə gün evdən çölə çıxmamaq məcburiyyətində bulundum. Nəhayət, “Tazə həyat” sütununda bir “Izahat” basdırıb, yavaş-yavaş meydana çıxmağa başladım.

Bu təcrübələrdən sonra “Molla Nəsrəddin”lə əlaqəmi tamamilə kəsdim. Lakin yenə əvvəlki kimi jurnalı oxuyur və nüfuzundan ayrıla bilmirdim.

Inqilaba qədər bizdə nəşr olunan jurnal və qəzetlər arasında “Molla Nəsrəddin” qədər nüfuzlusu olmamışdır. Bunun səbəbi çox idi, “Molla Nəsrəddin” geniş kütlənin anlayacağı bir dildə yazırdı.

1926-cı ilə qədər Mirzə Cəlili bizzat tanımazdım. Mən onu qaibanə tanıyan kimi, onun da məni artıq bir ədəbi sima kimi tanıdığını bilirdim. Hələ inqilabdan əvvəl “Cənnətin qəbzi”ni oxuyub, təqdirkar mülahizələr yürütdüyünü eşitmişdim. 1926-cı ildə telefon edib, onu ziyarət edəcəyimi bildirdim. Evdə görüşməkdən çəkinərək, “Bakı işçi nəşriyyatı” idarəsinə gələcəyini və orada görüşəcəyini vəd etdi. O biri gün ortaboylu, iri bığlı, narın çopur burnunun üzəri tüklü, iri əsalı bir adam masama yanaşdı. Qalxıb, çoxdan həsrətində olduğum Mirzə Cəlilin əlini sıxdım.

Gülə-gülə:

– Yazılarınızdan sizi çox yaşlı zənn edirdim, cavanmışsınız – dedi.

Iş əsnasında gəlişi ətraflı görüşümüzə mane oldu. Məni evinə çağırdı. Bir axşam getdim, oturduq, axşamı Mirzə Cəlil ilə yaxından tanış oldum. Böyük ədəbi dövr yaradan, ictimai həyatımızda inqilablar törədən, 25 il populyar məcmuəyə rəhbərlik edən bu böyük sima mənə o qədər məhdud göründü ki, heyrətimdən çaşıb qaldım. Mənə onun söhbəti olduqca sıxıntılı, məlumatı çox az göründü:

– Himm?.. Hə... Deməli, belə...

– Hə?.. Nə olar ki?.. Hə...

Bütün axşam söylədikləri qırıq, məntiqsiz, rabitəsiz ifadələrdən ibarət oldu.

“Mənmi yanılıram, Mollamı qocalmış?” – deyə öz-özümə suallar verdim.

Sonralar küçədə tez-tez ona rast gələrdim. Mehriban görüşər, halımı xəbər alardı. Artıq xəstə idi, yavaş addımlarla yürürdü.

Bu gün o aramızda yoxdur. Lakin əsərləri yaşayır. Onları təkrartəkrar oxuyuram. Həp mövzu və tipləri, lətifələri bu əsərlərin böyük bir qələmə mənsub olduqlarını aydıncasına ifadə edir.

Molla böyükdür və orijinaldır.

1934

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qayınanın oyunları

“Gəlin, gedək qayınananın bağına,Qurban olaq bostanına, tağına,

8 мин
Yaş söhbətləri

Müəllim Mirzə Həsənlə Mirzə Bağır həmişə görüşəndə yaşdan danışmamağa çalışırlar. Lakin danışığı haradan başlasalar, axırda yenə yaş söhbətilə qurtarır. Keçən il Balaqədeşin oğlunun toyunda yaş barəsində uzun-uzadı danışmışdılar, hansının böyük və hərəsinin neçə yaşı olduğu meydana çıxmamışdı. Keçən ildən bəri Mirzə Həsənlə Mirzə Bağır görüşməmişdi. O günü təsadüfən bir təziyə yerində görüşdülər.İkisi də məsələsini bilirdi – bir-birini görcək hər ikisi yaşdan danışmamağı qət etdi. Lakin bir-birilə küsülü deyil idilər ki... Buna görə görüşən kimi:

4 мин
Qibleyi-aləmin xalısı

Şəhərin ən məşhur xalı karxanaçısını vali yanına dəvət edib şahın əmrini bildirdi:– Qibleyi-aləmin dərbarı üçün bir xalı toxutduracaqsan, – dedi. – Bu xalının gərək şərqdə, gərəksə qərbdə əmsalı olmamalıdır.

3 мин
Aprelin birində

Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.

7 мин

Стихи других поэтов