Xalq ədəbiyyatının təhlili
Страница 2 из 3 · 33%
İndi başqa nəzəriyyələrə keçmədən əvvəl əsatiri nəzəriyyənin bəzi cəhətlərinin tənqidi ilə məşğul olmalıyıq. Iqtibas nəzəriyyəsini izah edərkən, bir çox biri-birindən uzaq məsafədə yaşayan xalqların şifahi ədəbiyyatının biri-birinə bənzəməsini görəcəyik. Bunun səbəbi nədir? Əsatir nəzəriyyəçilərincə bu arilərin əcdadına məxsus əsatirlərdir ki, ibtidai insanlar vətənlərindən çıxdıqda özləri ilə aparmışlar və tarixdən əvvəlki zamanlardan hal-hazıra qədər saxlamışlar. Halbuki, ibtidai əsatir əsrlərdən bəri inkişaf edərək mürəkkəb mövzular şəklinə düşməli idi. Bir-birindən məkanca ayrı yaşayan, başqa-başqa coğrafi, iqtisadi və ictimai mühitdə yaşayan xalqların “əcdadı” əsatirləri hərə öz mühitinə görə təkamül etdirməli idilər. Həqiqət hal isə, bunun əksini göstərir: bir çox xalqların şifahi ədəbiyyatı biri-birinə müşabihdir.
İş bu surətdə olduqda, bütün təfsilatı ilə biri-birinə bənzəyən ədəbi məhsulların qəbləttarix ibtidai ari vətənindən gətirilməsini iddia etmək doğru olarmı?
Məsələni aydın etmək üçün sadə əsatiri, mürəkkəb mövzulu əsatirdən ayırmalıyıq. Ibtidai insan təbiətdə gördüyü bir çox arizələrin əsil səbəbini dərk edə bilmir. Məsələn: bizim xalqın ibtidai zehniyyətdə yaşayan qisminə müraciət edək. Bunların etiqadınca ayın anası xəmir yoğururmuş, ay gəlib çörək istəmiş, anasının acığı tutaraq əli xəmirli oğlunun üzünə bir şapalaq vurmuşdur. Ayın üzündəki ləkə haman xəmirli əldən qalan ləkədir.
Nümunə üçün göstərdiyim bu əsatir sadə şəkillərdir ki, bir çox xalqlar arasında mərufdur. Bunlar ibtidai psixologiyadan doğaraq biribirinə heç bir təsiri olmayan qövmlər arasında eyni şəkil ala bilər.
Lakin nağıl və əfsanə kimi mürəkkəb mövzulu əsatirlərin bir-birinə bənzəməsi ari nəzəriyyəsilə izah olunmaz. Tarixdən əvvəl bir-birindən ayrılmış xalqlar bu mövzuları bütün təfsilatilə saxlaya bilməzdi. Sonra müəyyən və bir-birinə bənzər mövzuları yalnız ari irqinə mənsub qövmlərdə deyil, başqa irqlərə məxsus olanlarda da görmək olar.
Əsatiri nəzəriyyədən sonra ən məruf iqtibas nəzəriyyəsidir. Bu nəzəriyyə məşhur filosof Benfeyin “Pancatantra”ya yazdığı müqəddimə ilə başlayır. “Pancatantra” (beş kitab) Şərq nağıl və əfsanələrinin tərcüməsindən ibarətdir. Bu əsərin tədqiqi sayəsində Avropa xalqları arasında dolaşan şifahi ədəbiyyatın Şərqdən iqtibas olunmasını Benfey meydana çıxarmışdır. Benfeyin nəzəriyyəsi o qədər xoşa getmişdir ki, onu V.Müller, Tatanin və Veselovski, Şifner, Stasov kimi alimlər təqib edərək, bu sahədə tədqiqatda bulunmuşlar.
Stasov rus eposunu Qərbinki ilə müqayisə edərək, ikisinin də Şərqdən iqtibas olunduğunu göstərir. Yalnız onun fikrincə, Qərb əxz etdiyi rəvayətləri işləmiş və mənimsəmiş olduğu halda, Rusiya işləməmişdir. Bəzilərinin fikrincə rus xalq ədəbiyyatına monqolların təsiri olmuşdur. Şifner bu təsirin Qafqaz vasitəsilə Irandan gəldiyini iddia edir. Bu fikri V.Müller bir az daha inkişaf etdirir. Rus eposunu tədqiq edərkən Ilya Murometsi Firdovsinin Rüstəmi ilə müqayisə edir və aralarında yaxınlıq görür. Ilya Kiyevə, Rüstəm də Mazandarana gedir.
İkisi də oğulları ilə dava edirlər. Sonra rus eposundakı qəhrəmanlar yaşayış, səciyyə etibarilə tamamilə şərqlidirlər. Çadırda yaşayırlar, atdan ayrı durmurlar. Daşıdıqları “boqatır” adı belə farsın “bəhadir” indən əxz olunmuşdur. Halbuki, ruslar oturaq bir xalq olduqlarından çadıra da ehtiyacları olmamışdır. Ata pərəstiş etməkləri belə sırf rus həyatından uzaq şeydir. Müllerin sözlərinin qüvvəti üçün atın yalnız farslarda və türklərdə ayrıca bir mövqeyə malik olduğunu göstərə bilərik. Sonra rus bılinası Ilyanın otuz il aramsız oturduğundan bəhs eləyir. Bunu da Sibir tatarlarının xalq ədəbiyyatında görürük. Bir nağılda Alp Altun xan 40 il yatır və i. a.
Şərq nağıllarına vaqif olan səyyah Patanin də iqtibas nəzəriyyəçilərindəndir. Pataninin fikrincə rus eposundakı ümumi fikirlərə, ayrıca parçalara monqol dastanında da rast gəlinir. Yalnız Pataninin fikrincə iqtibas tarixdən əvvəlki zamanlara təsadüf edir. Böyük hicrət dövründə xalqlar Şərqdən axıb Avropaya keçirkən əfsanə və dastanlarını ruslar arasında yaya bilmişlər.
İqtibas nəzəriyyəçiləri arasında ən irəli gəlmiş, şübhəsiz ki, Veselovskidir. Veselovski Süleyman dastanını təhlil və buna olan təsirlərdən bəhs edir. Nəticədə Vikramaditi taxtının ətrafında uydurulmuş məşhur hind hekayəsinin Süleyman “peyğəmbər”in şəxsiyyəti ətrafına köçürüldüyünü qeyd edərək, Süleyman dastanında Zərdüşt dualizminin böyük bir yer tutduğunu söyləyir.
Vikramaditi birinci əsrdə yaşamış bir padşahdır. Bu padşahın taxtı haqqında mövcud 32 nağıl budda dini ilə bərabər Monqolustana keçmişdir. Burada bu nağıllar yəhudilərə keçmiş və Süleymanın şəxsiyyəti ətrafına toplanmışdır. Bilaxirə Süleyman əfsanəsini müsəlmanlar yəhudilərdən əxz edərək Avropada yayılmasına səbəb olmuşlar. Beləcə məruf bir hind əfsanəsi xalqdan-xalqa keçərək, bir çox təğyirlərə uğramış, qol-budağa ayrılmışdır. Adlar dəyişilmiş və vəqələr başqa-başqa tarixi şəraitlərdə göstərilmişdir.
Vəqə cəhətincə hind malı olan Süleyman dastanı fəlsəfə etibarilə tamamilə Iran və Zərdüşt etiqadlarını daşıyır. Novuxodonosrun yəhudiləri əsir edərək Midiyaya (bugünkü Iran Azərbaycanına) sürgün etməsi tarixcə bəllidir. 70 il davam edən (536-606-cı sənələr, İsadan əvvəl) bu əsarət yəhudiləri farslarla yaxınlaşdırdı. Yəhudilər fars təsirinə düşməyə bilməzdilər. Bilaxirə Iran padşahı Kir yəhudilərin vətənlərinə dönməsinə müsaidə etdisə də, yəhudilərdən yalnız iki qol döndü, yerdə qalan isə Iranı vətənlərinə tərcih etdi. Burada qalan yəhudilər tamamilə Zərdüşt etiqadına qapıldı. Sasanilər dövründə İran dövlət təşkilatı qüvvət kəsb edən bir zamanda zərdüştilik də parlaq bir vəziyyətdə idi. Beləliklə o zaman yəhudi dimağına olan İran təsiri bir qat daha artmışdı. Odur ki, bu vaxt yazılmış yəhudi əsərlərində İran dualizmi açıqdan-açığa görünmədədir. Talmudun toplanması bu vaxta təsadüf edir. Və Sami dinlərində əsası təşkil edən vəhdətə rəğmən
Talmud fars etiqadı və fars adları ilə doludur. Məsələn, zərdüştilərdəki mitraya (Mehr-günəş allahı) qarşı Talmudda Mitran adına rast gəlinir. Aesto-dayevanın qarşılığı Eşmadaydır. Aesto “Avesta”ca fəna divlərdən biridir. Bu div daima işıq allahı Hörmüzdlə mübarizədə bulunur. Vücudları məhv edən, xeyir işləri batırandan hiddəti çoxdur. Bu div bütün əsrarəngiz biliklərə, təbabətə vaqifdir. Ətrafındakı divlərə sərkərdəlik edir. Talmudun təsvir etdiyi Eşmaday “Avesta” divining malik olduğu xislətləri daşıyır. Süleymanın yanına gətirilərkən acığından bir ağacı kökündən qoparır və evi uçurur, Süleymanın özünü də 400 verst bir məsafəyə atır.
Süleymanın şəxsiyyəti də Iranın əfsanəvi hökmdarlarını andırır. Süleyman ağıl və zəka sahibidir. Ins və cinə hakimdir. Heyvanatın dilini bilir. Hökmünü göstərmək üçün heyvanları, quşları, cinləri və şəyatini gətirdir, qarşısında rəqs etdirir. Məbəd tikdirəndə cinlər ona yardım edir. Eşmadayı belə özünə tabe edir, inşaatına yardım etdirir. Lakin Süleyman xudpəsəndliyə qapılarkən Eşmaday ona qələbə çalır və Süleyman Sinaşıqdan köçməli olur.
İndi Talmudun Süleymanın təsvirini izah etmək üçün İran tarixinə müraciət edək. Pişdadyan sülaləsinə mənsub Huşəngin divlərlə müharibə etməsini, onlara qələbə çalaraq yerin 7 qitəsini özünə tabe etməsini rəvayət edirlər.
Huşəngdən sonra gələn Təhmurəs də divlərlə mübarizə edir, qələbə çalır. Divlər onun inşaatına yardım edirlər. Əhrimənin özünü belə tabe bir hala gətirir. 30 ilin müddətində hər gün onu minir, yer üzünü dolanır. Təhmurəsin hökmünün səbəbi qorxusuzluqdan irəli gəldiyini Əhrimən bilirdi. Qorxan zamanı olubolmadığını Əhrimən bilmək istəyir, qadınını əldə edərək Təhmurəsin yalnız Elbrus dağından keçərkən qorxu duyduğunu öyrənir. Əhrimən bundan istifadə edib Elbrusdan keçirkən Təhmurəsi öldürmüş və başqa bir rəvayətə görə udmuşdur. Təhmurəsdən sonra Iran taxtına cülus edən Cəm (Cəmşid) adil və aqil bir surətdə təsvir olunur. Novruz bayramının binasını, Persopolis şəhərinin təsisini Cəmə isnad edirlər, guya onun bir Cami-cahannüması varmış ki, bütün dünya oradan görünürmüş.
Cəm də Süleyman kimi insə və cinnə hakim imiş. Divlər ona saraylar tikərmişlər. Cəmin vaxtında Iran səadət içində yaşarmış. Bunu görən Cəm bütün müvəffəqiyyətləri özünə isnad edərək, qürurlanmağa başlayır. Nəticədə bütün qüvvəti quş sifətilə onu tərk edir. Iqtidarını qaib edən Cəmə fəna qüvvələr yol tapırlar. Zöhhak zühur edir. Nəticədə Cəmşid məğlub olaraq səltənətdən vaz keçir.
Beləliklə, Iran əfsanəvi tarixindən alınmış bu parçalar Süleyman hekayəsinə olan təsirlərin mənbəyi açıqca göstərir. Iran zehniyyətindən doğmuş dualizm: xeyir ilə şərin mübarizəsi Süleyman hekayəsinə sirayət edərək yəhudilərdən Bizansa, oradan Rusiyaya və Qərbə keçmiş, cürbəcür əfsanələr doğmasına səbəb olmuşdur.
Şərqin Qərbə etdiyi təsirdən bəhs edərkən bu təsir nə zamanlardan başlamış deyə sual hasil olur. Böyük hicrət, arilərin Avropaya köçməsi, Şərqlə Qərbin ticarəti, iqtisadi əlaqələr, qədim dinlərin inti-
Firdovsinin təsvir etdiyi Zöhnak “Avesta” da Azhidehaka (əjdaha) adlanır
(müəllif) şarı kimi amillər müəyyən təsirlərin yayılmasına böyük səbəb ola bilərdi. Bununla bərabər Makedoniyalı Iskəndərin Şərqə səfəri, yunanların Yaxın Şərqdə ikiəsrlik hakimiyyəti Avropa təsirini Şərqdə yaya bilərdi.
Bu barədə Avropa alimlərini dinləyək:
Veder 1871-ci ildə nəşr etdiyi bir əsərdə Şərqlə-Qərbin bir-birinə olan qarşılıqlı təsirindən bəhs edərək Isgəndər səfərinin nəticəsini anladır: “Hindistanın şimaliqərbinə və Qərb vilayətlərində yunan knyazları iki əsr hakim bir vəziyyətdə olmuşlar. Hind saraylarına yunan elçiləri gəlirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-xalq-edebiyyatinin-tehlili
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Böyük sərvət və mülk sahibi Hacı Kərim iki gün əvvəl vəfat etmişdi. Arvadı Gövhər dörd qızını və beş yaşındakı oğlunu başına toplayıb, Hacının ortalığa tökülmüş paltarlarına baxaraq ağlayırdı. Ağıçı da hərdəm yanıqlı bir ağı dedikdə evi hönkürtü götürürdü. İki cilo ağlaşıb, ağıçı uzaq məhəllələrdən gəlmiş arvadlara mərhumun səxavət və kəramətindən rəvayət etmədə idi ki, birdən həyətə üç-dörd cavan girdi. əvvəl cavanların gəlməsinə əhəmiyyət verilmədi, lakin onların qız qaçırmaq meylində olduqları göründükdə arvadlar bir-birinə dəydi! Gövhər özünü qızların üstünə atıb, dəhşətli səslə çığırdı. Əlləri tapançalı cavanlar otağa girdilər, qaba bir surətdə Gövhəri kənar edib, böyük qızı götürmək istədilər. Qız anasına sarılıb çığırdı. Gövhərin əllərini tutdular, qızı ondan zor ilə aralayıb, qapıya doğru sürüdülər. Qara saçları bir-birinə qarışdı. Köynəyinin bir tərəfi cırılıb, vücudu çölə çıxdı. Cavanlar qızı qaldırıb, birinin arxasına qoydular. Qışqırıq hönkürtüyə qarışdı. Apardılar. Qız uzaqlaşdıqca səsi də yavaş-yavaş qulaqlardan çəkilməyə başladı. Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Başından yapışıb, hissiz bir halda yerə yıxıldı. Bir də qalxdı:– Ay qardaşlar, balamı kim apardı? – deyə soruşduqda, qızı aparan dabbağ Cavadın oğlu “dələduz” Həsən olduğu bəlli oldu. Bu hadisə şəhərin hər bir guşəsində danışılanda Şırım Ballı cəhrə üstə əllərini göyə qovzayıb, Allahdan belə istiğasə edirdi:
Ağ buxaqda qara xalÇağırram hay da verməz, Bədəsil fayda verməz; Ağ buxağın altından*Bir öpüş pay da verməz.*
Həkim– Ay həkim, başına dönüm, bizdə bir azarlı var, tez gəl, bir ona bax!Deyəsən, allah eləməmiş, lap qarışıb.
Dərdli ZüleyxaYarımişıq bir otaqda çarpayıdan on altı-on yeddi yaşlarında bir arvad qalxdı. Zarıldaya-zarıldaya çırağa doğru gedib, işığını çoxaltdı və sonra həyətə tərəf pəncərədən zəif və sızıltılı bir səslə çağırdı:– Sənəm bacı, ay Sənəm bacı. Ay qız, vallah, ölürəm, bircə gəl!
Стихи других поэтов
Şəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
بگشای ز رخ نقاب دیدارتا نگذرد از درت خریدار