Страница 4 из 4 · 75%

Dan yeri sökülürdü.

O qədər rəng vardı ki, Allahverdi ömründə bu qədər rəng görməmişdi – gümüşü, narıncı, məxməri...

Rənglər par-par parıldayırdı.

Hər tərəfə şüa saçırdı rənglər.

Allahverdi bu rənglərin içində idi.

Bu rənglər Allahverdinin bütün bədənindən axıb keçirdi.

Allahverdi bilirdi ki, bu yuxudur və onu da bilirdi ki, bu Sədəfin yuxusudur.

Sədəf özü yox idi, amma Allahverdi bilirdi ki, bütün bu rənglər Sədəfdən ötrüdür və əslində bütün bu rənglər Sədəfin özüdür.

Amma yenə Qəşəm kişinin səsi gəldi:

– Ə, Allahverdi, gün günortanı keçdi, dursana!

Allahverdi yuxuda da olsa, bilirdi ki, indilərdə bu səsi eşidəcək və qorxurdu, qorxurdu ki, bu rənglər yox olub gedəcək – gümüşü, narıncı, məxməri...

– Ə, Allahverdi!

Allahverdi gölərini açdı və elə bil bir anlıq həmin rənglər bu otağa da doldu, sonra yavaş-yavaş bu otağın divarlarına, döşəməsinə, tavanına hopdu; bir anlıq Allahverdiyə elə gəldi ki, bu səhər bahar bayramına açılır, bahar bayramıdır bu gün.

– Ə, noldun?

– Dururam!..

Allahverdi həyətə düşəndə Ayna arvad Qızıl inəyi sağırdı. Qızıl inək yenə də artırmanın altında dayanmışdı, çünki yenə də çisəkləyirdi. Buzov da elə hey dartınırdı ki, anasını əmsin, başını elə hey vururdu anasının döşünün altına.

Çisəkləyirdi, amma bu çisək Allahverdinin ürəyini heç sıxıb-eləmirdi, üşümürdü də Allahverdi və o, gəlib göydəmir ürgəni tövlədən çıxardanda Qəşəm kişi təəccüblə oğluna baxdı – həmişə gözləri yumula-yumula, deyinə-deyinə göydəmir ürgəni sulamağa aparan Allahverdinin kefi indi açıq-aşkar kök idi.

Məlikin kəhər madyanı yenə də arxın qırağında idi, alapaça dayçası da böyründə. Allahverdini görən kimi Məlikin əsnəyə-əsnəyə verdiyi sual bu oldu:

– Dünən niyə kinoya gəlməmişdin?

Ancaq indi Allahverdinin yadına düşdü ki, Cəfər dünən axşam kino göstərəcəkdi və o, kənddə yaşadığı bütün müddət ərzində ilk dəfə bunu yadından çıxarıb, kluba getməyib. Allahverdi nə təəssüfləndi, nə də heyfsiləndi, çünki hər tərəfi basmış bu boz payızdan o tərəfdə Allahverdinin öz aləmi vardı daha və bu aləm rəngli idi, cürbəcür rənglər – gümüşü, narıncı, məxməri...

Allahverdi göydəmir ürgəni çapıb həyətlərinə qayıdanda Qəşəm kişi yenə təəccüblə oğluna baxdı və bu dəfə lap dəqiq qət etdi ki, Allahverdinin bu həyətdən, bu evdən, bu təsərrüfatdan kənardakı həyatında əməlli-başlı bir hadisə baş verib; Qəşəm kişi bunu da hiss elədi ki, həmin hadisə cavanlıqla bağlıdır. Sonra oğlunun balaqları topuğundan yuxarıda qalmış şalvarına diqqət eləyib fikirləşdi ki, Allahverdiyə təzə şalvar almaq lazımdır – gədə yaman uzanıb.

Əlbəttə, Allahverdi dədəsinin fikirlərindən xəbərsiz idi və şəstlə gəlib Qızıl inəyi qabağına qatdı, naxıra qoşmaq üçün təzədən həyətdən çıxdı.

Allahverdi üzüaşağı düşən kəndarası araba yolu ilə addımlayırdı və birdən fışqırıqla bir oyun havası çalmağa başladı və birdən-birə də başa düşdü ki, səhərdən bəri – yerindən qalxandan indiyə qədər – həmin havanı ürəyində çalır; həm də başa düşdü ki, bu hava onun gördüyü yuxunun, həmin rəngli yuxunun davamıdır.

Arxada öskürdülər və Allahverdi başını döndərib gördü ki, Salman kişidir, demisini tüstülədə-tüstülədə camışını gətirir.

Salman kişi, elə bil, Allahverdinin ona baxmağına bənd imiş, başladı havanın qarasına deyinməyə:

– Ə, belə də hava olar?! – Sonra Salman kişi bir-iki yağlı söz dedi havanın qarasına, sonra da dedi: – Nadir də çıxdı getdi.

Allahverdi ayaq saxladı və açıq-aşkar hiss etdi ki, nəfəsi qaralır. Sonra cavabını özü lap yaxşıca bildiyi bir sual verdi:

– Bəs, kino çəkməyəcək?

– Nə kino, ə? Bu havada da kino çəkərlər? – Salman kişi bilən adamlar kimi əlini yellədi və yenə havanın qarasına bir-iki yağlı söz deyib əlavə etdi:

– Enib aranda çəkəcək. Deyir, il on iki ay bu dağın kəlləsində oturub gözləyə bilmərəm ki, görüm nə vaxt gün çıxacaq... Düz deyir də...

Allahverdi özünü güclə saxladı ki, soruşsun «Bəs, Sədəf?»

Allahverdi heç nə soruşmadı, çünki hər şey məlum idi: bu payız ot da olacaqdı, yaxşı çörək də olacaqdı, amma Sədəf daha səhəngi çiyninə alıb bulaq başında kinoya çəkilməyəcəkdi.

Allahverdi Sədəfi gördü, Sədəfin tutulmuş sifətini gördü, dünənki sevincdən sonra Sədəfin pərtliyini gördü və Sədəfin bu pərtliyi onun da bütün içindən keçib cızdağını çıxartdı və özünü güclə saxladı ki, geri dönüb düz elə Salman kişinin üzünəcə bihörmətlik eləməsin, qonağının abrını ətəyinə bükməsin.

Allahverdi başa düşdü ki, Sədəfə nə isə demək lazımdır, Sədəfin könlünü almaq lazımdır və bunu elə Allahverdinin özü eləməlidir, amma orasını da başa düşdü ki, bu çox çətin olacaq. Çətin olacaq ona görə ki, Allahverdi əməlli-başlı utanırdı Sədəfdən.

Allahverdi fikirləşdi ki, bəlkə məktub yazsın Sədəfə və ürəyindəki bütün sözləri köçürtsün bu məktuba, yəni bu məktub da rəngli olsun – gümüşü, narıncı, məxməri... Amma hiss elədi ki, cürəti çatmayacaq bu məktubu Sədəfə verməyə.

Sonra fikirləşdi ki, məktubu Bakıdan yazar Sədəfə, Bakıya gedib instituta girəndən sonra, amma başa düşdü ki, Bakıya getməyi də çox çətin olacaq, çox ağır olacaq, çünki ürəyi qalacaq burada, Sədəfin yanında.

Oktyabr, 1971.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

IV fəsil

Vasili Kuzmiçın qızı bir yəhudiyə ərə getmişdi və indi əri ilə birlikdə köçüb ABŞ-da yaşayırdılar, oğlu Vanya hələ sovet vaxtı Tambovda əsgərlik etmişdi, sonra da orada qalmışdı, orada evlənmişdi və orada da yaşayırdı, Kuzmiçin arvadı Vera Arxipovna altı iliydi ki, torpağın altında idi, özü, yəni Vasili Kuzmiç isə beş ildən artığıydı ki, Bilgəhdə, prokuror Əhməd Ağayeviçin bağında yaşayırdı.Sovet vaxtı Vasili Kuzmiç Bakı Lampa zavodunda çilingər işləyirdi və işləməyi sevən adam olduğu üçün, hər ay aldığı maaş onu da, ailəsini də dolandırırdı. Vanya əsgərliyə gedəndən və Tambovda qalandan, qızı ABŞ-a köçəndən sonra, Vera Arxipovna ilə birlikdə dolanışıqları isə lap şah dolanışığı idi – həftədə, heç olmasa, iki dəfə evdə təzə donuz əti bişirdi və həmin günlərdə Vasili Kuzmiç axşam işdən evə gələndə Vera Arxipovna ilə üzbəüz oturub o qızarmış gözəl donuz ətini yanındakı kartof, ya qarabaşaq, ya vermişel qarniri ilə yeyə-yeyə yarımlitrlik bir araq şüşəsi boşaldırdılar – 100, uzaq başı 150 qram Vera Arxipovna içirdi, qalanını da Vasili Kuzmiç. Sonra rus çastuşkaları, Şuljenkonun, ya Utesovun mahnıları yazılmış valları hələ 60-cı illərin əvvəllərində aldıqları patefonda oxudub ləzzətlə qulaq asırdılar, ya da əli dinc durmayan Vasili Kuzmiç çəkicini, kəlbətinini götürüb haranısa təmir edirdi, nəsə düzəldirdi, hərdənbir də elə divanın üstündə cavanlıqlarını yada salırdılar. Bütün bunlara onu da əlavə eləsək ki, Vera Arxipovna özü qış üçün sala düzəldirdi, zels hazırlayırdı, duzlu xiyar qoyurdu, o zaman, əlbəttə, Vasili Kuzmiçin sovet dövründəki həyatına qibtə etmək olardı və indi o həyata birinci qibtə edən adam, elə Kuzmiçin özü idi.

4 мин
V fəsil

On il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:

1 мин
VI fəsil

Yataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı...

1 мин
VII fəsil

Bakıdan gələn şose yol sola, Buzovnaya (oradan da Zuğulbaya, Bilgəhə, dəniz qırağına) dönürdü, düz isə – Şağana, Mərdəkana, Şüvəlana, SES qəsəbəsinə gedib çıxırdı və həmin yolayrıcına Buzovna dairəsi deyirdilər. Kamança Tanrıverdi avtobusdan düşüb böyük muşmula ağacının kölgəsində dayanmışdı və səhərdən bəri təpəsinə gün çaxa-çaxa, suyun-tərin içində qucağındakı bir dəstə qəzet-jurnalla o tərəf-bu tərəfə maşınların qabağına qaçan Bayraqdara baxırdı.Bayraqdar o qəzet-jurnalı qucağında elə tutmuşdu, elə bil ki, sübh tezdən

4 мин

Стихи других поэтов