12 iyun 1805-ci il. Araz sahili. Abbas Mirzənin çadırı.

İran qoşununun sərkərdələri Abbas Mirzənin çadırına yığışmışdı.

Abbas Mirzə:

– Pirqulu xan!– dedi.– Sən qəhrəmanlıq göstərib, rəşadətli qoşunlarımızla Əsgəran qalasını ram etdin! Mən şərəfli bir tapşırığı yerinə yetirərək şah babamızın hədiyyəsini sənə təqdim edirəm!

Abbas Mirzə qulamın gətirdiyi böyük xəncərin daş-qaşlı dəstəyindən tutub, eləcə də daş-qaşlı qınından sivirdi və:

– Qoy bu qılınc həmişə sənə yar olsun!– dedi.

Pirqulu xan qılıncı vəliəhddən aldı, sıyırıb ülgücündən öpüb gözünün üstünə tutdu, sonra qıllıncı qınına soxub dedi:

– Mən şah babamızın böyük iltifatla verdiyi bu hədiyyəni alıb hüzurunuzda bir daha bidirirəm ki, son nəfəsimə qədər canımla, qanımla anamız səltənəti-İrana xidmət edəcəyəm! Qibleyi-aləm əmin olsun ki, onun əmri mənim üçün Quran ayəsi kimi bir şeydir!

Abbas Mirzə:

– İndi isə erməniləri Əsgəranda yerləşdirmək lazımdır!– dedi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов