Aşot Karapetyanın mindiyi fayton Tehranın küçələri ilə gedirdi.

Fayton böyük bir binanın darvazası ağzında dayandı. Aşot Karapetyan faytondan düşüb, darvazanın qarşısındakı gözətçiyə:

– Ağayi-Pirqulu xan məni gözləyir!– dedi.

… Aşot Karapetyan içəri girəndə Pirqulu xan döşəkcədə bardaşqurma oturub, qarşısındakı gödək mizin üstünə yığılmış bir qalaq kağıza baxırdı və Karapetyanı görən kimi:

– Nə oldu, ağayi-Karapetyan, təzə siyahıları gətirdin?–soruşdu.

– Gətirmişəm, ağayi-Pirqulu xan. – Aşot Karapetyan əlindəki kağızları Pirqulu xana uzatdı və yalnız bundan sonra:– Salam–əleyküm,– dedi.

– Əleykümə-salam. Vallah, ağayi-Karapetyan, indi salam verib, salam almağa da macal qalmayıb, – dedi.– Hamısı bir yerdə neçə erməni ailəsi oldu?

– 750 erməni ailəsi Mağara tərəfdəndir, 342 ailə Şirazdandır, 433 ailə Həmədandan, 126 ailə də Tehranın özündəndir. Hamısı da könüllü razılıq vermiş ailələrdir, ağayi-Pirqulu xan. Əvvəl sizə verdiyim siyahı ilə birlikdə düz 6582 erməni ailəsi edir.– Aşot Karapetyan bir daha təkrar etdi.– 6582 ailə!

– Bu birinci mərhələdi ha, baba!..

– Bəli, ağayi-Pirqulu xan. Yeni siyahılar hazırlanmaq üzrədir.

Priqulu xan:

– Xeyli xub! Xeyli xub, ağayi-Karapetyan,– dedi.– Qibleyi-aləm çox tələsdirir!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

V fəsil

On il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:

1 мин
VI fəsil

Yataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı...

1 мин
VII fəsil

Bakıdan gələn şose yol sola, Buzovnaya (oradan da Zuğulbaya, Bilgəhə, dəniz qırağına) dönürdü, düz isə – Şağana, Mərdəkana, Şüvəlana, SES qəsəbəsinə gedib çıxırdı və həmin yolayrıcına Buzovna dairəsi deyirdilər. Kamança Tanrıverdi avtobusdan düşüb böyük muşmula ağacının kölgəsində dayanmışdı və səhərdən bəri təpəsinə gün çaxa-çaxa, suyun-tərin içində qucağındakı bir dəstə qəzet-jurnalla o tərəf-bu tərəfə maşınların qabağına qaçan Bayraqdara baxırdı.Bayraqdar o qəzet-jurnalı qucağında elə tutmuşdu, elə bil ki, sübh tezdən

4 мин
VIII fəsil

İş belə gətirdi ki, Buzovna Fəhlə Yataqxanasında məskunlaşanda Məleykə müəllimə üçüncü mərtəbədə Surxaygillə yanaşı – divar qonşusu oldu və yaşa dolmuş, məktəbini də, şagirdlərini də itirmiş, dövlətin verdiyi müavinət və humanitar yardımlarla yaşayan Məleykə müəllimə, əlbəttə, yadından çıxarmışdı ki, haçansa o qəzet-jurnal köşkünün qabağında dayanıb Surxaya: «– Pah!.. Bu da sənin padşahlığındı!?»– demişdi və bir dəfə Surxay sübh-tezdən evdən (otaqdan) çıxanda gördü ki, əlində yarımçıq xlor şüşəsi tutmuş Məleykə müəllimə bomboş aralıqda o üçrəngli qapı ilə üzbəüz dayanıb və gözlərini də zilləyib rəngləri tamam solmuş qapıya. Surxay elə bildi ki, Məleykə müəllimə nəsə istəyir, amma deməyə ürək eləmir.– Sabahın xeyir, məlimə. Nədi, bir şey lazımdı?

3 мин

Стихи других поэтов