Qeyz eyləyər, çən çəkilər dağlara,Qəhrindən yelləri ay eylər qıj-qıj.Qarşı gəlsə həsrət çəkən yar yara,Ağlı çaşar, səri ay eylər qıj-qıj.

Şin şəhər axtarar, şəc ara dəyər,Şeytan şər eyləyər, şəc ara dəyər.Daşar çaylar, qalxar şəcarə dəyər,Hərlənər daşları, ay eylər qıj-qıj.

Aşıq çaşsa, dildə “qara” “qar” qalar,Dağlar sinəsində qara qar qalar.Gəştə çıxsa ərşə qara qarğalar,Çalar qanadların, ay eylər qıj-qıj.

Yazıq Ələsgər, əlin yetsə nə nara,Nə həsrət çək, nə ah eylə, nə nara.Nə insandı, səngi salır nə nara,Qaynadar dərya tək, ay eylər qıj-qıj.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов