Gərdəninə neçə şahmar dolanıb,Könül istər, o şahmara dolansın.Ərzim alıb, iltimasım tutmasan,Məcnun olsun, bu dağlara dolansın.

Bəyənmişəm xəsyətini, halını,Yaradan bol verib huş-kamalını,Sən Allah, gizlətmə mah camalını,Şöləsinə, qoy, füqara dolansın!

Bal ki bahalandı, qırıldı arı,Yağ satanlar mala saldı azarı,Min manata qaldırdılar onları,Nə gün çıxsın, nə sitara dolansın!

Dad sənin əlindən, çarxı-kəcmədar!Ürəyimdə yüz dərmansız yaram var;Aşıq – dəyirmançı, ağa – çarvadar,Sərraf gəlsin bu bazara, dolansın!

Zalım cəllad nə giribdi qəsdinə;Xəbər verin övladına, dostuna.Şahlar şahı sayə salsın üstünə,Ələsgər tək baxtı qara dolansın!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов