Gəlsin
Hər kəs sərdən keçib mərdü-mərdana,Baş qoysun bu yolda, meydana gəlsin!Dərya dilim dalğa vurdu, bulandı,Qərq olmaq istəyən ümmana gəlsin!
Dayansın qarşıda, gətirsin tabı,Ayılsın qəflətdən, unutsun xabı,Sualıma dərhal versin cavabı,Gətirməsin üzr-bəhana, gəlsin!
Ələsgərəm, mən tutaram bu bəhsiHardan çıxdı abi-həyat çeşməsi?Neçə fərddi “Ismi-əzəm” duası?Zikr eləsin, dildə nişana gəlsin!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-gelsin
Клавиши ← → для перехода, R — случайное стихотворение