İncimərəm
İstər dara çəkdir, istər qul eylə,Qoymuşam əmrinə qol, incimərəm.Həsrətindən Məcnun oldum səhrada,Alırsan canımı al, incimərəm.
Firqətindən saralıban solanam,İzin versən, yar, başına dolanam,Əlli yol çapılam, yüz yol talanam,Bir şey deyil dövlət-mal incimərəm.
Ələsgərəm, yandım eşq ataşında,Gözüm qaldı kirpiyində, qaşında.Qazdır məzarımı çeşmə başında,Sal sinəm üstündən yol, incimərəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-incimerem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Bayatı-tapmacalar
Aşiqəm mən bir ata,Bir oğula, bir ata.
Eşq atəşi can yıxıyorEşq atəşi can yıxıyor,Ürəkdən qanlar axıyor.
Rəhm edib atmaz oxun yar ürəgim yarəsinəRəhm edib atmaz oxun yar ürəgim yarəsinə,Bumudur xubların çarəsi biçarəsinə.
Ey dil, rəva deyil ki mən əğyarə yalvarımEy dil, rəva deyil ki mən əğyarə yalvarım,Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.