Arif olan, gəlin sizə söyləyim,İyid sözü mərd-mərdana yaxşıdı.Kişi gərək dediyindən dönməsin,Biilqardan bir zənana yaxşıdı.

Qəlbi düz olanın evi hac olu,Qonşuya kəc baxan özü ac olu.İkiarvadlılıq mardan acı olu,Bez geydirsən bir canana yaxşıdı.

Ələsgər Kövsərdən badə içəndə,Gəşt eləyib, mərd iyidi seçəndə.Güzəran xoş olub, gün xoş keçəndə,Ağ otaqdan tövləxana yaxşıdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов