Kamil ovçu ölməyincə usanmaz,Əldən qoymaz belə sərxoş maralı.Eşq oduna düşən aşkara yanmaz,Pünhan-pünhan mənim kimi saralı.

Öldürsələr, qorxum yoxdu qanımdan,Yolunda durmuşam başu canımnan.Tərk oldum vətəndən, xanimanımdan,İnsaf deyil, gəzmə məndən aralı.

Aşıq Ələsgərəm, söylənir adım,Budu ürəyimdə mətləb-muradım:Sənin ərin ölsün, mənim arvadım,İkimiz də qalaq yaslı, yaralı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов